Goranboy şəhərində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Elchi.az “Report”un Qərb bürosunun məlumatına istinadən xəbər verir ki, “NİVA” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Ə.Tağıyev, 1987-ci il təvəllüdlü A.Tağıyev və daha 1 nəfər xəsarət alıb.
Onlar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.






