Goranboy rayonunun Qızılhacılı qəsəbəsində 3 ha biçilməmiş və 2 ha biçilmiş taxıl sahəsi yanıb.
Elchi.az xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ərazidə olan digər əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




