"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Görkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçiriləcək

24 Avqust 2023 - 13:07
in MƏDƏNİYYƏT

Azərbaycanın kino ictimaiyyəti milli kinematoqrafiyamızda öz dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin yubileyinə hazırlaşır.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Elchi.az azərtac-a istinadən xəbər verir ki, avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kino xadiminin 70 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək. Yubiley tədbirlərində Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur aktyoru, Gürcüstanın Xalq artisti Aftandil Maxaradze və başqaları Bakıya gələcəklər.

İndidən dünyanın mötəbər kino xadimləri, görkəmli sənətkarlar yubilyara öz təbriklərini göndərirlər. Məsələn, Rusiyanın Xalq artisti, kinorejissor və aktyor “Oskar” mükafatı laureatı Nikita Mixalkov azərbaycanlı həmkarına göndərdiyi video təbrikdə ən xoş arzularını çatdıraraq, onun dünya kinematoqrafiyasında xüsusi yer tutduğunu bildirərək deyir: “Əziz Vaqif, sən əsl milli sənətkarsan. Yalnız milli olanlar ümumbəşəri ola bilirlər”.

Qeyd edək ki, Xalq artisti Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olub. Vaqif Mustafayev yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi “Bəyin oğurlanması” “Yaramaz”, “Nakəs”, “Fransız”, “Milli Bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb.

Rejissorun parlaq yaradıcılıq nümunələri bir sıra beynəlxalq festivalda mükafatlar qazanıb.

Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü “Əsl məhəbbət haqqında” , “Bir həsədin tarixi” və “Xüsusi təyinat” filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş “Dərdimi çəkirəm” sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə “Həyat, deyəsən, gözəldir” bədii və “Fikrət Əmirov” bədii-sənədli filmlərini ərsəyə gətirib. O, “Həyat, deyəsən, gözəldir” filminə görə Türkiyədə keçirilən “Korkut Ata” Beynəlxalq Film Festivalında “Türk dünyasının ən yaxşı rejissoru” adına layiq görülüb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsveçrədə kantonlarda tikinti sahələrində işlər məhdudlaşdırılıb

Next Post

Əliyevin Labibi qəbul etməməsi cavabdır – Ekspert

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post
Azərbaycan Aİİ-yə üzv ola bilərmi? – Prezident

Əliyevin Labibi qəbul etməməsi cavabdır - Ekspert

Azərbaycanda əksər ərazilərdə yağıntılar azalıb

Bakıya yağış yağacaq, güclü külək əsəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.