İtkin düşən helikopter Krasnaya dağının şimal-şərqinə təcili eniş edib.
Elchi.az xəbər verir ki, Saxalin vilayətində cümə günü, fevralın 17-də səhər saatlarında göyərtəsində üç nəfərin olduğu “Robinson” helikopteri radar ekranlarından itib. Bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib, lakin sonradan təyyarənin təcili eniş etdiyi barədə məlumat yayılıb.
“RİA Novosti” fövqəladə hallar xidmətinin bəyanatından sitat gətirir: “Saxalinin şimal-şərqində yerləşən “Robinson” helikopterinin əlaqə saxlamadığı barədə məlumat daxil olub.
Xəbər verdiyimiz kimi, yerüstü xilasetmə qrupu Robinsonun axtarışına çıxıb. Daha sonra Fövqəladə Hallar Nazirliyi itkin düşən vertolyotun tapılaraq Krasnaya dağının şimal-şərqinə təcili eniş etdiyini bildirib.
Şayəstə





