"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Göyçəli deputat: “Ermənilər İrəvanda nəslimizi qırdılar, qaçarkən babam Arazda axdı getdi…”

19 Noyabr 2015 - 21:43
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Türk deputat: “Ermənilər İrəvanda nəslimizi qırdılar, qaçarkən babam Arazda axdı getdi...”

Nurettin Aras: “Xəyanət ermənilərin genində var, 1915-ci ildə onlar bizə savaş açdılar. Osmanlı bir qədər gücdən düşdüyü zaman ermənilər ayağa qalxıb türk əsgərinə arxadan zərbə endirməyə başladılar…”

Türkiyənin İqdır bölgəsindən Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş Azərbaycan türkü Nuretin Aras musavat.com-a müsahibə verib. O, müsahibəsində İqdırda ermənilərlə sərhədin açılması təhlükəsinin nə dərəcədə aktual olmasından, seçildiyi və Azərbaycan türklərinin əksəriyyət təşkil etdiyi bölgənin problemlərindən, ermənilərin yürütdüyü siyasətdən və sair məsələlərdən danışıb.
 
– İqdırda Ermənistanla sərhəd qapısının açılması nə dərəcədə aktualdır?
– Sərhədlər açıla bilər, ancaq bir şərtlə. Ermənilər Azərbaycandan işğal etdikləri torpaqları qaytaracaqlar, sonra Türkiyə ilə sərhəd açıla bilər. Şərt odur. Tək şərt budur, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından, Dağlıq Qarabağdan çıxacaqlar, qeyd-şərtsiz çıxacaqlar, çəkiləcəklər torpaqlardan, sonra sərhəd məsələsi müzakirə olunacaq.
– Hazırda Qarsda vəziyyətin daha ciddi, təhlükəli olduğu bildirilir, yəni təzyiqlər var və sərhədlər gələn ilin aprelində açıla bilər. Bu iddialar nə dərəcədə doğrudur?
 
– Türkiyə ilə Azərbaycan arasındakı dostluq dərin kökləri olan qədim bir dostluqdur. Xalqlar arasındakı bu məhəbbət, bu yaxınlıq, qardaşlıq, dostluq belə bəsit şeylərlə zədələnəcək, pozulacaq bir dostluq deyil. Bəzi qarslılar qapının açılmasını istəyə bilər, başqaları da istəyə bilər. İqdırdan da istəyənlər çıxa bilər. Amma bizim dövlətimizin bir siyasəti var. Azərbaycanla Türkiyə dost, qardaş ölkə olaraq hər arenada qeyd-şərtsiz bir-birlərinə dəstəkləri olan iki ölkədir. Belə yalan xəbərlər haradan çıxır, mən anlamaqda çətinlik çəkirəm. Bizim dövlətimiz bu anda yürütdüyü bir siyasət var. Bu da budur, ermənilər sakit bir şəkildə işğal etdikləri Azərbaycan torpaqlarından, Qarabağdan çəkildikləri təqdirdə, sərhəd qapıları açıla bilər. Bunun dışında, bundan başqa, heç bir şərtlə sərhəd qapılarının açılması müzakirə mövzusu deyil. Bu torpaqlar da işğal edilərkən, vaxtında əcnəbilərin dəstəyini alan ermənilər, qanun, şərt tanımadan işğal siyasəti yürüdüblər. Dünyanın gözü önündə qətliamlar həyata keçirərək Azərbaycan torpaqlarının yüzdə iyirmi hissəsini işğal ediblər, zorbalıq, eşkiyalıq, quldurluq edirlər. Günümüzdə zorla belə bir torpaq işğalı qəbul edilə bilərmi? Nəhayət,bir neçə beynəlxalq qurum da Ermənistanı bu mövzuda qınayıb, torpaqlardan çıxmasını tələb edib. Məsələn, Birləşmiş Millətlər Təşkilatının bəyanatı var ki, ermənilər dərhal işğal etdikləri topaqları tərk etməlidir, bununla bağlı qərarlar var. Ancaq biz dost, qardaş dediyimiz bir ölkəyə çətin durumda deyə bilmərik ki, bir neçə nəfərin sözü ilə ermənilərlə qapını açaq. Bu, mümkün deyil, olmaz, ola bilməz. Bu dövlətin siyasəti var. Türkiyə dövləti kiçik bir dövlət deyil. Osmanlının varisidir və çox yaxşı xarici əlaqələri, siyasəti, münasibətləri olan bir dövlətdir.
– İqdırda sizin deputat seçilməyinizdən sonra azəri kökənli türklərin köçünün səngidiyi bildirilir. Nə vəd etdiniz onlara?
 
– Uzun illər burada əhali iqtidar partiyasından bir millət vəkili seçmək istəyirdi. Amma bu təmsil haqqı bizə verilmirdi. Xalq da təmsil edildiyi yerə getməkdə idi. Bu seçimlə birlikdə bizə, xalqımıza bir təmsil haqqı verildi. Xalqımız da bunu dəyərləndirdi və içindən birisini, Nurettin Arası millət vəkili seçərək parlamentə təmsilçi olaraq göndərdi. Bu, İqdırda yaxşı ab-hava yaratdı, xalqımızda bir coşqu da var, sevinclidirlər. Sadəcə İqdırdakı xalqımız deyil, Türkiyədəki qardaşlarımız da buna sevinclidirlər, çox telefon zəgnləri almışam. Türkiyənin hər tərəfindən zənglər gəlir, İqdırı sevənlərdən, hətta ölkədən kənardan xeyli zənglər gəlir. Avropada yaşayan türklərimiz də, əhalimiz də buna sevinclidirlər. Təbii ki, azərbaycanlı qardaşlarımız da buna seviniblər, bunu bilirəm. Biz keçmişdə etdiyimiz hərəkətlər, həyata keçirdiyimiz fəaliyyətlərlə də Azərbaycana hər mənada dəstək vermişik. Biz bu dəstəyi genişləndirəcəyik. Şəxsi qənaətim var, bu çalışmaların regionlararası fəaliyyət kimi genişləndirilməsi, platformaların  hazırlanması lazımdır. Sistemli, kollektiv bir şəkildə Azərbaycanın haqlı davası dünyaya anlatılmalıdır.
– İlk olaraq Türkiyə parlamentində İqdırla bağlı nə məsələ, hansı problemi qaldıracaqsınız? 
– İqdır uzun illər bzi çox xidmətlərdən məhrum qaldı. Burada işsizlik çoxdur, ön sıradakı problemdir. Bir evdə bəzən 4 universitet məzununun işsiz olduğunu görürük. Yeni iş yerləri açmaq üçün çalışacağıq. Yatırımlarımız, projelərimiz buna yönəlib. İş yerləri açacağıq, gənclərimizə iş quracağıq. Uzun illərdir bu xalq iş yerlərindən istifadə edə bilməyib, dəngələr pozulub. Bunu düzəltmək lazımdır.
 
– Dəngələr, şərtlər ermənilərin hesabına, onların dəstəyi ilə pozulub?
– Yox, burada ermənilər yoxdur. Burada bəzi ünsürlər var. Dəngələr pozulub, şərtləri özlərinə tərəf çəkiblər. Biz ədalətli, haqlı, adil paylaşma istəyirik. İmkanların paylaşılması mövzusunda adil davranılmasının vacib olduğu qənaətindəyik. Biz adil olacağıq, ədalətli davranacağıq. Bu, ağır bir sorumluluqdur, bizə yüklənən ağır bir işdir. Biz bunun fərqindəyik. Hər kəslə qucaqlaşaraq, qütbləşmə siyasətindən uzaq, xoşgörülü hərəkət edəcəyik. Hər kəsi qucaqlayacağıq. Bizim buradakı əsas hədəfimiz huzur, rahatlıq yaratmaqdır.
– İqdırın ilçələrindən, qəsəbələrindən birinin, Tuzlucanın giriş qapısında ermənicə “Xoş gəldiniz” yazılıb. Bu cür təxribatların arqarşısını almaq üçün hansı addımların atılmasını planlaşdırırsınız?
– İqdırın Türkiyənin ən kiçik vilayətlərindən biridir, 200 min nəfər əhalisi var. Amma bir o qədər də önəmli bir yerdir. Mənə görə, Türkiyənin ən strateji yeri, vilayəti buradır. Burada dörd dövlət divar-divaradır. Buna da münasibət fərqlidir, biz buna zənginlik deyərkən, bəziləri bunu ixtilaf səbəbi sayırlar. Yürütdükləri siyasətlə də ertmənilərə dəstək verə bilirlər. Biz deyirik ki, Allahımız, kitabımız, peyğəmbərimiz bir, eyni qibləyə yönəlmiş iki qardaş ölkənin insanıyıq. Bu yazı haradan çıxdı? Orada Azərbaycanın torpaqları işğal edilmişkən, ermənilər bizim qardaşlarımıza, din, qan qardaşlarımıza, soydaşlarımıza zülm etmişkən, bu yazı haradan çıxdı? Bunu biz öz-özümüzə soruşuruq. Bu, sorğulanması lazım olan bir məsələdir. Bunu görəsən burada yaşayan kürd vətəndaşlar qəbul edirmi? İnanmıram, bunu onların hərəkəti kimi qəbul etmirəm. Tuzluca qəsəbəsində ermənicə “Xoş gəldiniz” yazısının girişə yazılması terrorçu bir yanaşmadır, örgütün işidir, xalqın bunu etdiyi qənaətində deyiləm. Burada yaşayan kürd vətəndaşlarımızı qınamaq, günahlandırmaq istəmirəm. Xoş bir davranış deyil. Mən oradakı, Tuzlucadakı seçkiqabağı çıxışımda da bunu söylədim ki, bu, Tuzlucaya yaraşmır. Camaatın bütünlüklə fikrini əks etdirmir bu yazı, bu yanaşma. Çıxışım zamanı da görüşə gələnlər məni dəstəklədi, həm türklər, həm kürdlər fikrimi alqışladı. Bilirsinizmi, hər il 24 aprel gələndə ermənilər dünyanı ayağa qaldırırlar, 1915-ci ildə Türkiyədə baş verənləri soyqırım olaraq qəbul etdirirlər. Türkiyə bu məsələdə suçlanır. 1915-ci ildə Türkiyədə soyqırım olmayıb. Xəyanət ermənilərin genlərində var, 1915-ci ildə onlar bizə savaş açdılar, gerçəyi budur. Osmanlı dediyimiz 600 il dünyaya hökm etmiş bir imperatorluqdur. Osmanlı bir qədər gücdən düşdüyü zaman ermənilər ayağa qalxıb türk əsgərinə arxadan zərbə endirməyə başladı. Bu zaman Osmanlı bu xəyanətkar təbəqəyə nə etməli idi? Mənim əsgərlərimi buruyun öldürün deyəcəkdi? Afərinmi deyəcəkdi? Təbii ki, Osmanlı həmişə buradakı etməniləri qoruyub, yüksək vəzisələrə gətirib, Osmanlı dönəminin ən zənginləri olublar ermənilər. Ermənilər Osmanlıdan himayə görərək irəliləyiblər və zəngin olublar. Osmanlıda bunlara “sadiq təbəqə” adı verilib. Nə oldu birdən-birə Osmanlı əsgərinə arxadan saldırdılar? Bunların genlərində xəyanət var. Tarix boyu belə olub. Ancaq Osmanlı da bunları bulunduqları, olduqları yerdən başqa yerlərə köçürüb, şərtlər də uyğun olub. Öldürülmüş ermənilər olmayıb bu zaman, erməni öldürülməyib. Bu hal erməninin genində var. Biz burada erməni dəhşətini yaşamış bir toplumuq. Ermənilər bizim atalarımıza, babalarımıza nələr ediblər, qətllər törədiblər, biz bunu yaşamışıq. Osmanlının yapdığı soyqırım olmayıb. Bizim dövlətin arxivləri var, Moskvada, İngiltərədə də arxivlər var, açıb baxaq, tarixçilər gəlib icnələsinlər, gerçəklər ortaya çıxsın. O vaxt ingilislər bizm arxivlərimizə əl qiyublar, bbəlgələri, sənədləri Londona apardılar. Məqsədləri Osmanlını genosidə məhkum etmək idi. Amma əldə etdikləri bəlgələri incələdilər, gördülər ki, “genisod var” demək üçün bunlar yetərli deyil. Bu sənədlərlə genosid elan etməyin mümkün olmadığını gördülər. Bu işdən vaz keçdilər. Yəni onlar da bilirlər belə bir soyqırım yoxdur, yalandır. Onların məqsədi “Böyük Ermənistan”ı, xəyal etdikləri Ermənistanı həyata keçirməkdir. İddia edirlər ki, o zaman Osmanlıda 1 milyon 600 min erməni öldürülüb. O zaman Osmanlı imperatorluğunun əhalisi 13 milyon idi, bunun hamısı erməni idi? Belə axmaqlıq ola bilməz. Gerçəkdən tamam uzaq məsələlərdir. Açılsın arxivlər, tarixçilər gəlib baxsınlar. Hətta o zaman indiki Ermənistanda əhalinin 30 faizi erməni idi. Biz oradan bizlər, türklər qaçdıq, bizə zülm etdilər, nəslimizi qırdılar, anamın qohumları oradan, İrəvandan qaçıb gəlib, Araz çayında qırdılar bizi. Qaçarkən, dədəm, babam Arazda axıb gedib. Bunlar özləri etdikləri zülmləri görmürlər. Sarkisyan kimdir? Xocalı qətliamında baş aktyorlardan biridir. Soyqırımı həyata keçirən, eşkiyanın təki bir adamdır. O, öldürüb bizim insanları, Xocalıdakı 600-dən çox dinc insanı. Həmin dinc sakinlərin günahı nə idi? Yəni əli silah tutmayan insanları tankla öldürmək, onların üzərinə tankla yerimək, qətlə yetirmək… Genosid budur. Bunun başqa izahı yoxdur….
Röya RƏFİYEVA 
Fotolar müəllifindir.
  • .”>Türk deputat: “Ermənilər İrəvanda nəslimizi qırdılar, qaçarkən babam Arazda axdı getdi...”  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir419/img1941894.jpg' target='_blank'>Yüklə</a>
  • .”>Türk deputat: “Ermənilər İrəvanda nəslimizi qırdılar, qaçarkən babam Arazda axdı getdi...”  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir419/img1941895.jpg' target='_blank'>Yüklə</a>
  • .”>Türk deputat: “Ermənilər İrəvanda nəslimizi qırdılar, qaçarkən babam Arazda axdı getdi...”  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir419/img1941896.jpg' target='_blank'>Yüklə</a>
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-ın Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru BDU-da mühazirə oxuyub

Next Post

«İqtidar daxilində heç bir təlatüm görmürəm»

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

«İqtidar daxilində heç bir təlatüm görmürəm»

Azərbaycanda 4 100-dən çox QHT dövlət qeydiyyatından keçib, KİV-lərin sayı 5 100-ə çatır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.