Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev tutduğu vəzifədən azad olunub.
Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamına əsasən bu vəzifəyə Mehdi Səlimzadə təyin olunub.
M. Səlimzadə bunadək Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri olub.




