"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gözlə gözəl…

25 Noyabr 2014 - 22:57
in XƏBƏR LENTİ

Beynində hər şey qarışırdı. Ağrının haradan və niyə başladığını bilmirdi. Bu gün gözü ağrıyırdı, sabah başı. Birdən yadına düşdü: “Əl mərddi, 27062göz namərd!” Bu gün mərd olan elə gözüydü. Namərdliyi özü etmişdi. 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Xatirə bu gün yadına salmışdı: “Sən ilk vaxtlar deyirdin, hər gün sənə gül gətirəcəm. Amma indi dayımın bağına gedəndən-gedənə gül dərib verirsən…”

Xatirə dünən onun yadına salmışdı: “Sən təbəssümünü əskik etmirdin ki, gülüş payım qıt olmasın, ayrısına möhtac olmayım. Zəhrimar yağır sifətindən…”

Xatirə bir həftə qabaq qaxınc etmişdi: “Sənə qayğını əsirgəmərəm ki, gözlərin səni satar, naməhrəmlər duyuq düşər! Aylardı heç maraqlanmırsan nə istəyirəm…”

Xatirə ucundan tutub ucuzluğa gedə-gedə, gözündən düşən sevgisini daha da gözdən salır, ucuzlaşdırırdı. Elə bil sarmaş-dolaş anlarda əzizləşən, şirinləşən sevginin sahibi bunlar deyildi.

Yasinin, elə bil, qulağına deyildi deyilənlər. Hətta birdən eşitdiklərinə inanmayanda da, vecinə olmadı: “Belə biqeyrət sevgi sənin nəyinə lazım?”

Sevginin biqeyrət olmağını Xatirə özü də ağlına və ağzına gələni deyəndən sonra bildi.

Sevginin biqeyrətliyindən üşüdü Xatirə.

Sevgisinin gününə ağladı-sıtqadı. İçin-için çəkdi bütün xoş anları qaysaq bağlamış ağrılarının üstünə. Belə biqeyrət sevgini görməyə gözü yoxdu daha.

Yasin qapıdan çıxanda Xatirə lap ilk görüşdəki kimi sevgi dolu səslə, abır-həyayla dilləndi ki: “Gələndə göz alarsan…”

Yasin illərlə sevgisizləşən, codlaşan, adamqaçıran səsin əvəzinə, indi, ANİ VƏ ƏBƏDİ sevgini duyanda ayaq saxladı, qanrıldı: “Nə göz, ölöm?” “Ölöm” də elə illərin o tayında ölüb qalmış əzizləməydi, müraciətiydi, qəfil məhrəmlikdən doğuldu yenidən.

“Dana gözü… Həkim tapşırıb”. – yenə indiki qaba istək…

“Oldu!” – yenə indiki narazı razılıq.

Yasin gün ərzində vərəvürd elədi ki, görəsən Xatirə bunun özünə biqeyrət deyir, eyham vurur, qıcıqlandırır, qısqandırmaq istəyir, yoxsa, doğrudan da, sevgisinə biqeyrət deyir. Xatirənin indi daha əziz olmayan xatirəsinə kölgə salmaq istəməsə də, özünün qeyrətinə bir balaca şübhəylə yanaşa bildi.

Xatirə elə bil şəhərin səsyazma studiyalarının dükanlarına da indiki şou-biznesin dadsız-duzsuz müğənniləri kimi, “raskrutka” eləməyə üç yüz-beş yüz dollar vermişdi, hamı eyni mahnını oxudurdu: “Mən nərdə yanlış yapdım?”.

Ayıldı Yasin! Ayıldı. Ayılan kimi başı ağrıdı, ayağı tutuldu, dalağı sancdı, mədəsi qan qusdu, boğazı qurudu, dili tutuldu.

Anladı! O… Xatirəni gözüylə sevmişdi. Gözüylə gözəl görmüşdü. Gözü, doğrudan da, namərd çıxmışdı – belə fikirləşirdi və elə də bilirdi ki, doğru fikirləşib, doğru tapıb. Daha doğrusu, günahı gözündə görürdü.

Göz də təslim olmurdu. Dilini, ürəyini, başını, hər yerini ağrıdırdı – davadaydı onlarla.

Nəhayət, Yasin də, ürəyi də, ağlı da, hər yeri də təslim oldu gözə. Göz düz deyirdi.

Xatirə gözün gözündə hələ də gözəl idi!

Xatirə gözdə gözəl idi, gözlə gözəl idi. Amma Yasin və Yasinin üstündə, içində gəzdirdikləri xəyanət eləmişdi.

Yasinə day maraqlı deyildi Xatirə onun özünə, ya sevgisinə biqeyrət dedi.

Day maraqlı deyildi, əgər o dana gözü aparsaydı bu gün, Xatirə onun camış gönünə dönmüş dərisini odlamaq üçün nə deyəcəkdi.

Birbaş oftalmologiya institutuna getdi. Gözlərini çıxartdırmaq istədiyini bildirdı: “Xanımıma donorluq edirəm. Mən ona “gözüm” deyirdim. O, indi görmür. Gözlərimi ona verirəm”.

Pafoslu görünsə də, Yasinin istəyinin gerçəkliyi, sənədləşdirməni rəsmən aparması nəhayətdə nəzərə alındı. Amma şərti vardı: gözü dondurulmuş halda evinə – xanımına göndəriləcək. Harada istəsə, orada əməliyyat olunacaq.

Bir az çəkdi proses. Hər şey hazır olanda, Yasin göz soyuducusunun gözünə balaca bir qeyd yazdı, qoydu.

…Kuryer soyuducunu ünvana çatdıranda, Xatirə son sözlərini yazırdı: “Sənin gözəl gözlərini sevdim. Mənə baxmayıb ayrısını seçən gözlərinə baxmayım deyə, dana gözü istədim. Qəbrimdə yanmayım. Neçə gündür gəlmirsən də. Göylərdə görüşənədək”.

Xatirə səsə çıxdı:

“Yasinin xanımı sizsiniz?”

“Bəli!”

“Yasin sizin üçün göz göndərib.”

“Dana gözü? Özü hansı cəhənnəmdədi bu neçə gündə?”

“Bilmirik. Amma burdakı adam gözüdü”.

Xatirə bir balaca sıxıldı, söhbəti tutammadı əvvəl. Kuryerin rəsmiyyəti onu açmırdı. Onsuz da o halda deyildi. Sakitcə soyuducunu qəbul edib, qol çəkdi və gözlərə baxmaq üçün otağa keçdi. Gözləri görməzdən öncə, qeydi gördü: “Sənə sadiq gözlərim oldu. Göndərdim sənə. Sənə xəyanət edən nəyim vardısa, dəfn etdim!”

***

Xatirənin başdaşısında yazılmışdı: “Gözlə gözəl”

Yanında… qonşu qəbirdə isə ona daha baxa bilməyən Yasin idi! Elə onun da başdaşısında yazılmışdı: “Gözlə gözəl”

***

Hər iki başdaşının lap aşağı sol küncündə qeyd vardı: “Dəfn bürosundan”.

kulis.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sevda Ələkbərzadənin atası yazıçı Çingiz Ələkbərzadəni kim şərləyərək tutdurub?

Next Post

Zakir Həsənov cəbhə bölgəsində (FOTOLAR)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Zakir Həsənov cəbhə bölgəsində (FOTOLAR)

Qeyləri öldürən oyun "Google"dən çıxarıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.