Bu gün Prezident İlham Əliyev əfv fərmanı imzalaya bilər. 
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı adətən əfv fərmanı imzalanır. Kimlərin əfv olunacağı dəqiq bilinməsə də, Prezident İlham Əliyevin həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və “Moderator.az” saytının baş redaktoru Pərviz Həşimli, o cümlədən, NİDA-çıların bəzilərini əfv edəcəyi ehtimal edilir.



