"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gözlənilən iqtisadi krizis xalqı qorxuya salıb- FOTO

15 Oktyabr 2015 - 18:12
in XƏBƏR LENTİ
Gözlənilən iqtisadi krizis xalqı qorxuya salıb- FOTO

Azərbaycanda dollar yenidən bahalaşmağa başlayıb.  Ölkədə  eyni zamanda avronun məzənnəsində də artım müşahidə olunmaqdadır. 
Musavat.com-un əməkdaşı ölkənin valyuta bazarındakı son vəziyyəti öyrənmək üçün bir neçə valyutadəyişmə məntəqəsində olub. Əməkdaşımızın sözlərinə görə, dolların məzənnəsində artım olsa da, əhali arasında panika yaranmayıb.
Valyutadəyişmə ilə məşğul olan Kazım Nuriyevin sözlərinə görə, “üzən məzənnə”yə keçidlə ilə bağlı yayılan xəbərlər  insanların dollara olan tələbatını hələ ki, dəyişməyib:
“Dollar almağa gələn, demək olar ki, yoxdur. Görünür, insanlarda dəyişmək üçün pul qalmayıb. Fevral ayında baş verən devalivasiyadan sonra vətəndaşları kütləvi formada məntəqələrə üz tuturdular. Bu hal avqust ayının sonunda da özünü göstərdi. Həmin zamanlarda dolları limitlə satışa çıxarırdıq. Əhaliyə dollar çatdırmaq olmurdu. O zaman cibində 50 manatı olan da istəyirdi ki, onu dollara çevirsin. İndi isə belə deyil. Ancaq xalq narahatdır. Əksər insanlar bizdən soruşurlar ki, görəsən, iqtisadi krizis daha da dərinləşəcəkmi?”
Gəzdiyimiz ona yaxın məntəqədə eyni söz deyildi. İnsanlar dollar almaqda maraqlı olmadığı kimi, həm də narahatdırlar.
Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadi ekspert Rəşad Həsənov  isə bildirib ki, manatın məzənnəsində kəskin şəkildə dəyişiklik olacaq:
“2015-ci ilin əvvəli ilə müqayisədə hazırda əhalidə dollara olan tələbat kifayət qədər aşağıdır. Bunun aşağıdakı kimi səbəbləri var. Belə ki,  ilk olaraq bu, artıq ölkə vətəndaşlarının özyığımlarının bir qismini xarici valyutaya çevirməsi ilə əlaqədardır. Digər bir səbəb, Mərkəzi Bank son dövrlərdə dövriyyədə pul kütləsini kəskin azaltma siyasətini aparır. Çünki dövriyyəyə daxil olan hər manat sonradan  yeni dollar təklifi yaradır. Eyni zamanda artıq banklarda manatla kreditləşmənin həcmi kifayət qədər aşağı düşüb. Əmanətlərin 75 faizi xarici valyutalara çevrilib. Bu baxımdan valyutadəyişmə məntəqələrində xarici valyutaya tələb azalıb. Düşünürəm ki, hazırkı manat siyasəti ilə ölkə iqtisadiyyatını sadəcə durğunluğa aparmaq mümkündür. Yaxın gələcəkdə respublika bankları manatla kreditləşməni davam etdirəcəklər. Eyni zamanda növbəti ildə büdcə xərclərinin böyük bir qisminin sosial istiqamətdə olması, valyutanın bazara yönəlməsinə səbəb olacaq”.
Ekspert bildirib ki,  bu halda bazarda yeni dollar tələbatı formalaşacaq:
“Xüsusilə bu, risklərin artdığı dövrdə daha çox özünü biruzə verir. Misal üçün, Qazaxıstan Mərkəzi Bankı üzən məzənnəyə keçidlə bağlı qərar verdiyi anda Azərbaycanda dollar tələbi formalaşdı. Görünən odur ki, hazırda Mərkəzi Bank tərəfindən intervensiya xərcləri davam etdirilməkdədir. Nəticədə isə son iki ayda Mərkəzi Bank təxminən 1.5 milyard xarici valyutanı ölkə bazarlarına daxil edib. Əgər “üzən məzənnə”yə keçiləcəksə, bu əmanətlərin bütövlükdə dollarlaşmasına gətirib çıxaracaq.  Xüsusilə də daşınmaz əmlak, avtomobil, qızıl-zinət əşyaları bazarında xarici valyuta ilə alqı-satqı prosesləri daha da genişlənəcək. Bu isə əlavə dollar tələbatı formalaşdıracaq. Nəticədə isə yaxın dövrlərdə manatın öz dəyəriini kəskin şəkildə itirməsi prosesi müşahidə olunacaq”.
 
Əli Rais, musavat.com


Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mehriban Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Next Post

Adil Əliyev Aslan İsmayılova dərs keçdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Adil Əliyev Aslan İsmayılova dərs keçdi

50 yaşlı Fazil Mustafa: “Həm çoxlu düşmən, həm də çoxlu dost qazandım” - MÜSAHİBƏ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.