Elchi.az xəbər verir ki, Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen şüaları astronomiyası laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutu G2 səviyyəli maqnit qasırğası barədə məlumat verib.
Geomaqnit qasırğası təxminən gecə yarısı başlayıb və bir müddət sonra G2 səviyyəsinə çatıb. May ayında eyni səviyyəli iki fırtına var idi, lakin dərc edilmiş qrafiklərə əsasən, yeni fırtına bir qədər daha güclü idi.
Geomaqnit aktivliyin artmasının ehtimal olunan səbəbi kimi astrofiziklər sürətli günəş küləyinin axını adlandırırlar.
Şayəstə Hüseynova






