Türkiyə iqtidarının dövlət çevrilişi cəhdinin əsas təşkilatçısı kimi ittiham etdiyi Fətullah Gülən ABŞ rəhbərliyinə müraciət edib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Gülən ekstradisiya edilməməsini xahiş edib.
Pensilvaniyada yaşayan dini lider 15 iyul hadisələrində heç bir rolu olmadığını, Türkiyə prezidenti və baş naziri isə bu hadisələrin məhz Gülənin planı və rəhbərliyi ilə törədildiyini iddia edirlər. Ankara artıq onun təhvil verilməsi üçün Vaşinqtona lazımı sənədlər təqdim edib.



