"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Güləndən Türkiyəyə növbəti – Xəyanət

03 Noyabr 2016 - 14:28
in XƏBƏR LENTİ

FETÖ lideri, ABŞ-ın Pensilvaniya satında yaşayan Fətullah Gülən Rusiyanın ermənilərə yaxınlığı ilə tanınan “Reqnum” xəbər agentliyinə müsahibə verib.
Avropa.info xəbər verir ki, agentliyin jurnalistinin “Türkiyənin xarici siyasətində dəyişiklik heç kimə gizlin deyil. Minlərlə insan siyasətçilərin atdığı addımlar səbəbilə həbsə atılır, kürd vətəndaşlar haqsız təzyiqlərə məruz qalır. Bəs bu haqda nə düşünürsünüz? Kürdlərin yaşadığı bölgələrdə problemi necə aradan qaldırmaq olar?” kimi qərəzli sualına Gülən belə cavab verib:
“2006-ci ildə mən ölkə rəhbərliyinə Türkiyədə yaşayan kürd vətəndaşların problemlərinin həlli üçün təkliflər paketi göndərmişdim. Amma təəssüflər olsun ki, hökumət bu təkliflər paketinə əhəmiyyət vermədi. Əgər kürdlərin yaşadığı ərazilərdə məqsədəuyğun şəkildə siyasi addımlar atılsaydı, bu gün problemlərin demək olar ki, hamısını həll etmək mümkün idi. Misal üçün deyim ki, kürdlərin mədəni hüquqları bərpa olunsa, onlara doğma dillərində oxumaq imkanı verilsə, eləcə də regional iqtisadiyyatın gücləndirilməsi, işsizliyin aradan qaldırılması, bölgədə mərhəmətli müəllimlər, həkimlər, hakimlər, prokurorlar və dövlət qulluqçuları olsaydı, bu yolla gənclərin qarşısını almaq mümkün olardı. Bu saydığım işlərdən heç biri görülmədi, hökumət bütün bunlara göz yumdu və nəticədə bölgədəki kəndlər silah anbarına çevrildi. Sonda isə hökumət bu bölgəyə silahlı qüvvə yönəltmək məcburiyyətində qaldı. Düşünürəm ki, bu məsələnin ən doğru yolu istər Türkiyədə, istər Suriyada, istərsə də İraqda kürdlərin və digər etnik və dini qrupların mədəni hüquqlarının tanınması, onların həyat şərtlərinin yaxşılaşdırılması üçün bölgədə müvafiq bütün addımların atılması və onların olduqları kimi qəbul edilməsidir”.
Qeyd edək ki, Fətullah Gülən müsahibəsi zamanı Türkiyə hökumətinin guya ki, kürdlərin hüquqlarını pozduğunu aşılamağa çalışıb. FETÖ lideri son illər Türkiyənin kürdlər yaşayan bölgələrində infrastrukturların qurulması, xalqa müəyyən hüquqların verilməsi, yeni məktəblərin, hava limanlarının, yolların, şəhərlərin inşa olunması, unversitetlərdə kürd dilində kafedraların açılması, AKP hökumətində 3 nəfər kürd nazirin olması barədə bir kəlmə də danışmayıb. Əvəzində Türkiyənin guya ki, PKK-ya qarşı deyil, kürd xalqına qarşı mübarizə apardığı görüntüsünü formalaşdırmağa çalışıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Ordusu irimiqyaslı təlimlərə başlayır

Next Post

`ABŞ-ın təhsil, səhiyyə sistemində ciddi nöqsanlar var` – Trampın oğlu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`ABŞ-ın təhsil, səhiyyə sistemində ciddi nöqsanlar var` - Trampın oğlu

Qubad İbadoğlu: 'Qiymətlər daha sürətlə qalxacaq'

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.