Türkiyədə axtarılan FETÖ qruplaşmasının baş kassiri Murat Kılıç tapılıb.
Türkiyə mətbuatı xəbər verir ki, bir neçə gündür axtarışda olan Kılıç İstanbulun Boğaziçi körpüsündə həbs edilib.
Murat Kılıçla yanaşı polislər onun vəkilini və onlarla birgə olan 3 nəfəri də saxlayıb. Onların üzərindən 2 milyon 600 min lirə, həmçinin, 15 iyul olayları zamanı kodlaşdırılmış informasiya daşıyıcısı olan xeyli sayda 1 dollarlıq əsginaslar götürülüb.
Qeyd edək ki, 1 dollarlıqların üstündə Murad Kılıçın öz fotoları olub.




