Türkiyə hökuməti Fətullah Gülənin ABŞ-dan ekstradisiya edilməsi ilə bağlı 85 qutu sənədi Vaşinqtona göndərib.
Türkiyə mətbuatı xəbər verir ki, 77 yaşlı Fətullah Gülənlə bağlı ifşaedici materiallar Ankaradan təyyarə ilə yola salınıb. Bu sənədlərdə Gülən camaatı təşkilatının Türkiyənin dövlət strukturlarına necə sızması detalları ilə göstərilib.
Eyni zamanda Türkiyənin baş kəşfiyyat orqanı Milli İstihbarat Təşkilatı “Eagle” və “ByLock” adlı şəxslərin gizli mesajlarını şifrəsini çözüb. Kriptoli yazışmalarında 56 min FETÖ-çunun şəxsiyyəti müəyyən edilib. Eyni zamanda 150 min şəxsin kimliyi barədə araşdırma aparılır.




