İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı FETÖ istintaqı çərçivəsində həbs olunan “Zaman” qəzetinin keçmiş əməkdaşı Mümtəzir Türkönenin ifadəsi ortaya çıxıb.
Axar.az xəbər verir ki, Mümtəzir ifadəsində FETÖ lideri ilə iki dəfə görüşdüyünü bildirib.
Türköne 16 kitabının yayımlandığı, bunlardan 2-sinin çevrilişlə bağlı olduğunu vurğulayıb. Ancaq o, bu kitablarında hərbi çevrilişlə bağlı hər hansı ifadənin işlədilmədiyini, hökuməti tənqid edərkən demokratik həll yollarından istifadə ilə bağlı cümlələrin kitabında yer aldığını qeyd edib.




