
Bu gün Bakı-2015 1-ci Avopa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışına start verilib.
ANS PRESS-in məlumatına görə, komandamızın mübarizə apardığı 4 idmançı uğurla döyüşür.
74 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəbrayıl Həsənov macarıstanlı Naqi Mihalyini 10-0 hesablı hesablı təmiz qələbə ilə məğlub edib.
Bunadək isə Toğrul Əsgərov rus İlia Bekbulatovu, Xetaq Qazyumov (97 kq) Radoslav Baranı 10-0 hesabı ilə mğlub edib.
Yaşar Əliyev (57kq) fransalı Zoheir El Ouarraqeni mübarizədən kənarlaşdırıb.



