"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gül Camallı yubiliyar

27 Yanvar 2023 - 15:18
in CƏMİYYƏT

Gülnarə Camaləddin imzası poeziyasevərlərə çoxdan tanışdır. Bir xanım şair kimi geniş oxucu kütləsinin rəğbətini qazana bilib. Onun yaradıcılığına baş vuranda, gözəl poeziya nümunələrinin şahidi olursan. Bu nümunələrdə həm vətən sevgisi, insanlara məhəbbət, təbiət lövhələri, ülvi hisslər, saf duyğular qabarıq şəkildə əksini tapıb. Bir sözlə, onun şeirləri rəngarəngdir, hər bir mövzunu əhatə edir…
Gülnarə xanım təkcə gözəl şair deyil, həm də səriştəli təşkilatçı və bacarıqlı inzibatçıdır. Onun, kənardan yaradılan hansı çətinliklərə sinə gərərək, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinə rəhbərlik etdiyindən məlumatım var. Necə deyərlər, mərdiməzar olmasa yaşamağa nə var ki? Amma buna baxmayaraq təşkil etdiyi bütün tədbirlər gözəldir, yerində və vaxtında baş verir…
Gülnarə xanım bir inzibatçı kimi də yerində olan adamdır. Özünəməxsus xarizması var. Polad kimi sərt, əyilməzdir. Qərar verdisə, onu yolundan döndərmək mümkün deyil. Bütün maneələri dəf etməyi bacarır. Nəticədə işi və əməli ilə yerində olduğunu ortaya qoyur…
Uşaqlıq illərini ucqar dağ rayonu Yardımlının Bərcan kəndində keçirib. Bərcan dünyanın cənnət guşələrindən biri olduğu üçün Gülnarə Camaləddinin yaradıcılığı da cənnət ətirlidir. O kənddən olan dostlarıma həmişə zarafatla- Bərcan Yardımlının Avropasıdır-deyirəm. Məcazi mənada olsa da, bu kənd zaman-zaman ölkəmizə mütərəqqi düşüncəli insanlar bəxş edib. Bəli, onlardan biri də Gülnarə xanımdır…
İnsan real həyatı romantik duyğularla yaşayanda ömür daha maraqlı, daha doğrusu, şirindən də şirin- şipşirin olur. Bəli, Gülnarə xanım bu sintezdən yararlanıb daha gözəl ömür sürür…
İllər ötdükcə insanın xarici görkəmi də dəyişir. Axı biz körpə, uşaq vaxtlarımızda bir başqa cür, yeniyetmə, gənclik çağlarımızda ondan da fərqli görünürük. Heç şübhəsiz ki, 60 yaş qadın üçün gənclik dövrünün növbəti mərhələsidir. Bu mərhələ özündə müdrikliklə gözəlliyin harmoniyasını ehtiva edir…
Əziz Gülnarə xanım, bu gün sizin yubileyinizdir. Ömrünüzün bu əlamətdar günündə sizi ürəkdən təbrik edir, Allahdan möhkəm cansağlığı, firəvan həyat, yaradıcılıq uğurları diləyirəm.
Çox yaşayın!

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elman Eldaroğlu

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrandakı səfirimizdən silahlı hücuma reaksiya

Next Post

Rusiya XİN bildirib ki, tankların Ukraynaya ötürülməsi Qərblə Rusiya arasında qarşıdurmanı yeni səviyyəyə çıxarır

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Rusiya XİN bildirib ki, tankların Ukraynaya ötürülməsi Qərblə Rusiya arasında qarşıdurmanı yeni səviyyəyə çıxarır

Rusiya XİN bildirib ki, tankların Ukraynaya ötürülməsi Qərblə Rusiya arasında qarşıdurmanı yeni səviyyəyə çıxarır

Tehrandakı səfirliyimizin fəaliyyəti dayandırıldı – XİN

Bu, Azərbaycan dövlətinə hücumdur - Obalı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.