Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimova öldürülüb.
Bu barədə Rusiya KİV-ləri Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşına istinadən məlumat yayıb
Məlumata əsasən 44 yaşlı Gülnara Kərimova noyabrın 5-də zəhərlənərək öldürülüb. Bildirilib ki, o, Daşkənddə yerləşən “Minor” qəbiristanlığında dəfn olunub. Məzarı tanınmaması üçün yerlə-yeksan edilib.
Özbəkistan KİV-lərində G.Kərimova ilə bağlı kampaniya başlayıb. Vətəndaşlar tələb edirlər ki, bu məsələ ilə bağlı müvafiq qurumlar rəsmi açıqlama versin: “Əgər Gülnarə Kərimova sağdırsa, onu ictiamiyyət önünə çıxarın”.




