"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gülnarənin qatili cinayətin detallarını danışdı – ŞOK TƏFƏRRÜAT

03 İyun 2016 - 10:19
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 “O, özünü çox soyuqqanlı aparırdı. Cinayətin sxemini də çox istedadla düşünmüşdü. Yaşadığı binanın müşahidə kamerasına düşməmək üçün hiylə də işlətmişdi. Törətdiyi cinayətin açılmayacağına o qədər əmin idi ki, Gülnarənin itkin düşməsini belə polisə özü xəbər vermişdi”.

 

Lent.az-ın “Life” portalına istinadən xəbərinə görə, bu sözləri Sankt-Peterburq şəhər Kirov rayonu polis idarəsinin rəis müavini Aleksandr Nesvit bildirib. Rəis müavini bir həftəlik həyat yoldaşını öldürən azərbaycanlı Samir Həbibovun cinayət əməlini şərh edib.

 

“İstintaqa verdiyi ilkin ifadədən məlum olub ki, Samir Gülnarəni telefon üstündə öldürüb.  O,  evdə olarkən Gülnarədən telefonu “zaryadkaya” qoşmağı tapşırıb. Amma başı işə-gücə qarışan Gülnarə bunu unudub. Dediyini eləyib-eləmədiyini soruşanda Gülnarə telefonun enerjiyə qoşulu olduğunu bildirib. Bu vaxt Samir telefonun hələ də stolun üstündə olduğunu görüb. Gülnarəni döyməyə başlayıb ki, sən mənə yalan danışırsan, adi şeylərdə yalan deyirsənsə, səndən hər şey gözləmək olar”.

 

Aleksandr Nesvitin dediyinə görə, Samirin vurduğu zərbələrdən Gülnarə yıxılıb. Başı yerə bərk dəydiyindən keçinib.

 

“Bundan sonra Samir Gülnarənin meyitini kisəyə qoyub, maşınının yük yerinə atıb. Bundan sonra böyük qardaşına zəng edərək evlərinə çağırıb. Qardaşına bildirib ki, evdə bir qədər köhnə inşaat materialları var. Onu yığmağa kömək eləsin, bağa aparacaqlar. Qardaşı heç nədən şübhələnməyib. Amma Gülnarəni soruşub. Samir deyib ki, Gülnarə xəstələnib,  o biri otaqda yatır. Samir telefonunu da qəsdən evdə qoyub ki, onun gedəcəyi yeri sonradan müəyyənləşdirə bilməsinlər. Qız itəndən sonra onu dəfələrlə dindirmişdik. Hər dəfə də hönkürüb ağlayırdı. Gülnarənin hansı paltarda evdən çıxdığını soruşduqda göy rəngdə kofta geydiyini bildirmişdi. Heç kəsdə şübhə yaratmamaq üçün həmin koftanı da yaxınlıqdakı parkda gizlətmişdi”.

 

Rəis müavininin dediyinə görə, Samir Gülnarənin meyitini bağa gətirəndən sonra qardaşı məsələdən agah olub. Ağlamağa başlayıb, bu cinayəti niyə etdiyini soruşub. Samir qardaşını da təhqir edib.

 

Daha sonra Samir meyiti bağdan 18 km aralıda yerləşən meşəyə aparıb. Özü də velosipedlə.

Nevsitin dediyinə görə, Samir velosipedi yolda bir neçə dəfə aşırdıb da. Amma arıq bədən quruluşlu Gülnarəni çətinliklə də olsa, meşəyə aparıb çıxarıb.

 

O, meşədə dərinliyi bir metr olan yer hazırlayıb. Meyiti ora atıb üstünü torpaq və ağac yarpaqları ilə örtüb. Hətta qamış belə basdırıb ki, iz bilinməsin.

 

“Biz onu dəfələrlə dindirmişdik. Sonuncu dindirmə prosesinə psixofizioloqlar belə dəvət etmişdik ki, Samirin yalan danışıb-danışmadığını müəyyən etsinlər. Həmin mütəxəssis Samirin yalan dediyini bildirəndən sonra yenidən dindirməyə başladıq. Nəticədə o, hər şeyi boynuna aldı. Meyit tapılanda isə o, dəli kimi bağırmağa, ağlamağa başladı. Amma onunu davranışları səmimi deyildi”.

 

Nevsitin dediyinə görə, Samir bir dəfə məhkum həyatı yaşayıb. 6 il həbsdə olub. O, illər öncə onunla sevgi həyatı yaşamış qızın ölümündə günahkar bilinirdi.

 

Gülnarəylə nişanlananda həbsdə olması barədə ona heç nə deməyib. Gülnarənin ata və anasının isə bu barədə xəbəri olub. Amma qızlarını ona ərə getməyə təhrik ediblər. Samirin atasının Peterburqda imkanlı birinin olması da bu məsələdə önəmli rol oynayıb.

Xatırladaq ki, dünən Samir Həbibov 3 milyon rubl (təxminən 67 min manat) girov müqabilində azadlığa buraxılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Laçın təhsilində müdhiş korrupsiya – İTTİHAMLAR

Next Post

“Elçibəy iyun həqiqətlərini sona qədər demədi və doğru etdi”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Elçibəy iyun həqiqətlərini sona qədər demədi və doğru etdi”

Naxçıvan-Ordubad magistralı yenidən qurulur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.