"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Günəş tutulmasına görə təşvişə düşməyin”

18 Mart 2015 - 11:24
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Martın 15-də Günəş səthindəki 2297 nömrəli çox böyük ölçülü ləkənin yaxınlığında baş verən C9 sinfinə mənsub alışma nəticəsində nəhəng plazma kütləsi (tac kütlə atılması) Günəşdən ayrılıb və kosmik fəzaya doğru atılıb”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin APA-ya verdiyi məlumata görə,  Yer ətrafı fəzaya gözlənildiyindən də tez – martın 17-də çatan qaynar plazma buludu Yer maqnitosferi ilə qarşılıqlı təsirdə olub, günün birinci yarısında G1 sinfinə yad olan geomaqnit qasırğası yaradıb.
E.Babayev qeyd edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi və Günəş küləyinin nisbətən yuxarı sürətə malik olması qasırğanı daha da artırıb. Nəticədə geomaqnit qasırğasını xarakterizə edən əsas indekslərdən biri olan Kp indeksi qısa müddət ərzində 6-ya çatıb (şkalanın maksimumu 9 olmaqla).
Günəş səthində 3 böyük ləkə qrupunun və cəmisi 57 ləkənin müşahidə olunmasına baxmayaraq, Günəşdə alışmaların generasiyası ehtimalı yüksək olaraq qalır. Hətta roentgen sinfinə mənsub olan X-alışmaların da baş verməsi istisna olunmur.  Digər tərəfdən, Günəş səthində müşahidə olunan tac dəliklərindən (maqnit qüvvə xətləri açıq olan hissələr) öz başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyi martın 20-21-də əlavə geomaqnit həyəcanlanmasına səbəb olacaq. Geomaqnit vəziyyətin nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqamətindən və Günəş küləyinin sürətindən asılı olacaq.
E. Babayevin sözlərinə görə, mart ayının bayram günlərinə təsadüf edən günləri kosmik hava baxımından təlatümlü keçir: “Maraqlıdır ki, geomaqnit qasırğalarının intensivliyində də fəsil asılılığı müşahidə olunur – gecə-gündüz gün bərabərliyi nöqtələri ətrafında olan dövrlərdə fon geomaqnit qasırğalarının intensivliyi nisbətən artır. Martın 20-də baş verəcək Günəş tutulmasını da nəzərə alsaq, mənzərə daha da rəngarəng olar. Martın 15-də İsveçrə və Cənubi Almaniya ərazisi üzərində baş verən meteor partlayışının parıltısı isə bədirlənmiş Aydan da parlaq olub”.
E. Babayev qeyd edib ki, bahar gələndə təbiət kimi, Günəş də oyanır: “Buna təbii baxaq və təşvişə düşməyək. Günəşin şıltaqlığı özü qədər də maraqlıdır. O, sağlam insanlara təsir etmir, sadəcə risk qrupuna daxil olan insanlar – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, aktiv istirahət etməlidirlər”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elman Rüstəmov: “Gündəlik yarım milyard dollar xərcləyirdik”

Next Post

Avropa oyunlarına gedən yol- XƏYANƏT VƏ İNFORMASİYA MÜHARİBƏSİ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Avropa oyunlarına gedən yol- XƏYANƏT VƏ İNFORMASİYA MÜHARİBƏSİ

Ağ Evə sianidli məktub göndərilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.