Videoda Günəşdə son 4 ildə baş verən hadisələr göstərilib
Günəş haqqında çəkilən unikal video insanların böyük marağına səbəb olub.
ANS PRESS-in məlumatına görə, hazırlanan videonun müəllifi alman rejissor, “Kosmosdan Yer” elmi-sənədli filminin müəllifi Maykl Keniqdir.
Onun çəkdiyi yeni videoda Günəşdə son 4 il ərzində baş verən əsas hadisələr və proseslər öz əksini tapıb.
Maykl Keniq videonun hazırlanması üçün Amerika Milli Kosmik Agentliyi olan NASA-ya məxsus laboratoriyanın video yazılarından və şəkillərindən istifadə edib.
Həmin video sayəsində Günəşdə plazma püskürmələri, koronal yağış və başqa hadisə və prosesləri müşahidə etmək olar.



