"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gündəmdə olmaq və gündə dəm olmaq

06 Fevral 2017 - 09:25
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Gündəmdə olmaq və gündə dəm olmaq

TOMRİS ƏSGƏRLİ
 
Əssəlamün ələyküm,  Seyyid Əzim demiş, “ey guruhu-niksifat”, “müəllimi-dana”, sahibi-ixtiyar, necə varsız, əsənsinizmi? Təknənizdə əppək, pulqabınızda para, telefonunuzda kontur və ən əsası, gündəminizdə xəbər varmı?  Bu ay nə qədər işıqpulu verdiniz, qaza borcunuz yüzə,  kreditiniz dizə çıxdımı, ey əzizi-mənlər, suyunuz  gəlirmi, modeminizin yaşıl işığı yanırmı, itiniz hürürmü, qurdunuz ulayırmu, qazanınız qaynayırmı, sosial şəbəkələrdə paylaşmağa status, qruplarda kiməsə atmağa gülməli video tapırsınızmı, paylaşmağa təzə şəkil varmı əlinizin altında?
Sizin məhlədə, yəni feysbukda nə xəbər var? Bu gün kim içib dəm və həm şiri-nər olub, ayılan kimi dovşana dönüb, səhvini qanıb,  sözünü danıb, söyüşü silib, amma gündəmdə qalıb, hansı şair səyləyib, hansı deputat quşlayıb, kimin babası naxoşlayıb, nənəsi ölüb?
Kimin məhləsinə daha çox qar yağıb, kimin düzəltdiyi qar adamı daha böyükdü, hansı bəxtəvərin kefi kökdü, hansı bədbəxt Allahına da yükdü?
Hansı növcavan  münasibətə başlayıb, kim evlənib, kim boşanıb, hansı Məcnunu Leylisi atıb, hansı müxbir o birinin bostanına daş atıb, hansı manıs özünə əl qatıb, hansı papaq altında hansı oğullar yatıb, kim kimi keçi qiymətinə satıb, kimin iti kimi tutub, kim kimdən borc alıb sonra atıb, hansı özünü körpüdən atıb, birinin pulu, birinin qanı batıb və nəhayət, üzüm ayağınızın altına, sözünüzü balla kəsim, arada bir başınızı qaldırın, xəbəriniz varmı, ey əhləlğübur, axı müharibə sizin dağlara da çatıb?
Kimin gəlini qaçıb, kimin qızı köçüb, kimin ağlı uçub, kim təzə sayt açıb, qaçqınlar hansı yaşayış məntəqəsinə köçüb, kim YAPa keçib, kim kimi qurban seçib, hansı şair Anara satılıb, hansı müəllim işdən atılıb, yurdumuzda kim qırılıb, kim qalıb, Qarabağ nə qədər unudulub? Təqaüddən, maaşdan, qranddan-mranddan nə ala bilirsiz, çax-çuxunuz varmı, başınızı dolandırırsızmı, uşaqlarınız dovşan olub kələm yemir ki, arvadınız “kül sənin kişi başına”,- demir ki, belə canım sizə desin, müəllimlərə hörmət etməyə, məmurlara rüşvət verməyə, toyları, vayları yola verməyə  bir şey-mir şey tapırsızmı?
Yenə hansı qaynata gəlinini zorlayıb, hansı yazar azarlayıb, neçə ər arvadını baltalayıb, pensiyalar neçə manat artıb, neçə qardaş bacısının sevgilisini yortub?
Kim təzə yaltaq doğub, kim yeni satqın əkib, hansı ana aldadılmış qızını boğub, kim kimin papağını yerə soxub?
Şadlıq evləri gözəllik salonlarını, xəstəxanalar mollaları, işverənlər hüquqşünasları dolandıra bilirmi, beləcə böhranı aldadıb yan keçə bilirsizmi, ay mənim dəyirmanın boğazına ölü atılıb diri çıxan xalqım?
Müğənniləriniz nə söyləyir, mollalarınız nə deyir, falınızdan nə çıxır, əlinizə kim baxır, atalarınıza yasin, uşaqlarınıza dərs oxutdura bilirsizmi?
Ateist və cahil olduğunuz günlərin cəzasını alırsızmı, qəzasını qılırsızmı, bəxtəbəxt, yoxsa məntiqi ardıcıllıqla ölürsüz, ay mənim əzizlərim?
Sonda bir nida cümləsi – yas mollaları demiş, bütün əhləlgübura bir salavat!
Bu arada “əhləlgübur” qəbristanlıq əhli deməkdir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dərmanlar sürətlə bahalaşır

Next Post

BP Azərbaycanla `Əsrin müqaviləsi`ni uzadacaq

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

BP Azərbaycanla `Əsrin müqaviləsi`ni uzadacaq

Azərbaycanda dollar kəskin ucuzlaşdı — FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.