Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gedən şiddətli döyüşlər Azərbaycanın Güneyində narahatlıqla izlənilir.
Güney Azərbaycanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız Azərbaycan əsgərlərinə həmrəylik nümayiş etdirirlər.
Sosial şəbəkələrdə yayılan məlumata görə, yerli vaxtla saat 22:00-da başlayan nümayiş zamanı güneyli soydaşlarımız “Allahu Əkbər” və “Yaşasın Azərbaycan” şüarları səsləndirirlər.
Qeyd edək ki, bir neçə gün öncə bir sıra Güney Azərbaycan kəndlərinin sakinləri Qarabağla sərhəd ərazilərə, Arazboyuna çıxaraq Quzey Azərbaycana öz dəstəklərini nümayiş etdirmişdilər.




