"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Güney azərbaycanlılar Zelenskiyə məktub yazdı

31 May 2023 - 08:51
in CƏMİYYƏT

Güney Azərbaycan təşkilatları Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktub ünvanlayıblar.
Elchi.az xəbər verir ki, məktub müəllifləri Zelenskinin İran xalqına rejimin terrora dəstək verməsinə qarşı çağırışı xatırladılıb. Bildirilib ki, Zelenskinin Rusiyanın Ukraynaya qarşı təcavüzündə İran terrorçu rejiminin iştirakı və Ukrayna xalqını öldürmək üçün silah göndərilməsini bildirərək, İran vətəndaşlarından rejimin bu cinayətkar əməllərinə etiraz etmək xahişi Güney Azərbaycan sosial şəbəkə hesablarında ciddi reaksiyalar doğurub:
“Güney Azərbaycan türkləri bu savaşda insanların çəkdiyi əziyyətləri xüsusi həssaslıq və kədərlə izləyir.
İran əhalisinin 40 faizini təşkil edən türk xalqı bir əsrdir ki, İran rejimləri tərəfindən şiddətli irqçi repressiyaya məruz qalır. İranda türklər hər cür ayrı-seçkilik və repressiyalarla üzləşirlər. Millətimiz onillərdir ki, İrandakı şah və molla rejimlərinin müstəmləkəçilik, irqçi siyasətlərinə qarşı mübarizə aparır.
Biz çox yaxşı bilirik ki, siz və Ukrayna xalqı da irqçilik və faşizmlə mübarizənin ön cəbhəsindəsiniz. Açıq şəkildə deyə bilərik ki, Güney Azərbaycan türklərinin və Ukrayna millətinin bu mənada dərdləri eynidir. Təbii ki, faşizmin, irqçiliyin məğlubiyyəti məzlum və işğal olunmuş xalqların ortaq arzusudur”.
Güney Azərbaycan təşkilatları Ukrayna xalqını tam dəstəklədiyiklərini, İran rejiminin anti-insani siyasətini pislədiklərini vurğulayıblar:
“Siz yaxşı bilirsiniz ki, İran diktator rejimi İraq, Suriya, Yəmən, Əfqanıstan və s. ölkələrə terror müdaxilələri etdiyi kimi, İran daxilində də öz vətəndaşlarına, xüsusən də fərqli etnik və dini cəmiyyətlərə qarşı repressiv tədbirlər görür.
Güney Azərbaycan türkləri olaraq İranın müdaxiləçi və terrorçu siyasəti, xüsusilə Ukraynanın günahsız vətəndaşlarını öldürmək üçün silah göndərməsi qarşısında səssiz qalmamışıq, bu terror siyasətinə qarşı çıxmışıq, çıxmağa davam edirik. Ümid edirik ki, siz də Ukrayna prezidenti və faşizmə, irqçiliyə qarşı mübarizədə bir lider olaraq fars faşizmi tərəfindən əzilən Güney Azərbaycan türklərinin səsi olasınız”.
Qeyd edək ki, məktubu Azərbaycan Mərkəzi Partiyası, Azərbaycan Milli Müqavimət Təşkilatı, Azərbaycan Öyrənci Hərəkatı, Güney Azərbaycan Demokrat Partiyası imzalayıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Onlarla qeyri-qanuni mədənçi Qana qızıl mədənində qapalı qalıb

Next Post

Yeni Zelandiyada 6,2 bal gücündə zəlzələ baş verib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Yeni Zelandiyada 6,2 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiyada 6,2 bal gücündə zəlzələ baş verib

İndoneziya tezliklə əcnəbilər üçün “qızıl viza” tətbiq edəcək

İndoneziya tezliklə əcnəbilər üçün “qızıl viza” tətbiq edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.