"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Güneylilər “Xordad qiyamı”nı anmağa hazırlaşır

18 May 2023 - 08:42
in GÜNDƏM

2006-cı ildən başlayaraq, hər il Güney Azərbaycanda mayın 22-i Milli Qiyam Günü olaraq yad olunur. “Xordad qiyamı” adlandırdığımız bu günlə bağlı müxtəlif anım tədbirləri keçirməyi özümüzə borc bilirik.
Bu sözləri Elchi.az -a Güney Azərbaycanda yaşayan milli fəal Sürgün Günəş Xordad qiyamının Anım Günündə keçirilən tədbirlər haqqında danışarkən deyib.
O, builki anım tədbrinin daha yaddaqalan olacağını bildirib:
“Milli fəallarımız xalqımızla birgə bu il fərqli Anım Günü qeyd etmək niyyətindədirlər. Bəzi yerlərdə afişalar yapışdırılıb, kütləvi çağırışlar edilib. Hazırda danışıqlar gedir, dəqiq nəticəsi olan kimi açıqlanacaq. Bəyanatlarımız olacaq. Əsas tələblərimiz sırasında qanlı cinayətdə əli olanların ifşa olunması və cəzalanmasıdır”.
Milli fəal bildirib ki, Xordad qiyamına rəvac verənlər sırasında olan Məhəmməd Əmin Fərd adlı vali hələ də cəzasız qalıb:
“İstəklərimiz sırasında Xordad qiyamında əli qana batan Məhəmməd Əmin Fərd adlı valinin ifşa olunmasıdır. Əhmədinejat dövründə məsul şəxslərdən sayılırdı. Onun göstərişinə və qərarına uyğun olaraq güc qüvvələri millətimizə atəş açdı. Əli millətimizin qanına batan rejim mənsubları artıq ifşa olunmalıdır. Molla rejimində onun cəzalanacağını heç düşünmürük də. Amma istəyirik ki, heç olmasa, internet, media və digər vasitələrin köməyi ilə dünya xalqımızın cəlladını tanısın. Milli fəallarımızın istəyi və tələbi budur. Bu günə kimi azadlıqda gəzir. Cinayətkardır, lakin cəzasız qalıb. Bu, belə davam etməməlidir. Hər kəs törətdiyi cinayətə görə cavab verməlidir”.
Təşkil edilən mərasimlərin adətən sakit keçmədiyini diqqətə çatdıran milli fəal İran təhlükəsizlik qüvvələrinin tədbirə qatılanalara təzyiq göstərdiyini, müxtəlif maneələr yaratdığını da vurğulayıb:
“Təhlükəsizlik qüvvələri hər il Anım Günlərində milli fəallarımıza basqı göstərir. Dəfələrlə tutulanlarımız olub. Onların arasında mən də olmuşam. Bizi günlərlə sorğu-sual edib, işgəncə verirdilər. Yolumuzdan döndərmək üçün başımıza bir çox bəlalar gətiriblər. Dönməmişik, dönməyəcəyik də”.
Xatırladaq ki, 2006-cı ilin may ayında “İran” qəzetində İslam Respublikasında yaşayan azərbaycanlılar “böcək” adlandırılaraq təhqir edilib. Tehran Universitetlərində təhsil alan azərbaycanlı tələbələr buna etiraz edib, dərsləri dayandırıb. Ardınca Güney Azərbaycanın müxtəlif şəhərlərində nümayişlər başlayıb və hökumət qəzetinin azərbaycanlıları təhqir etməsinə sərt reaksiya göstərilib. Mayın 22-də isə Təbriz şəhərində bir neçə yüz minlik etiraz aksiyası keçirilib. Rəsmi məlumatlarda nümayişlər zamanı 4 nəfərin öldürüldüyü bildirilsə də, qeyri-rəsmi məlumatlarda öldürülən şəxslərin onlarla olduğu, 5 minə yaxın şəxsin həbs edildiyi qeyd edilib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dünyanın ən qədim “İncil”-i satıldı

Next Post

NATO-dan Ukraynaya dəstək mesajı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
NATO-dan Ukraynaya dəstək mesajı

NATO-dan Ukraynaya dəstək mesajı

ELT teleskopu “Hubble” və “Webb” alətlərini üstələyəcək

ELT teleskopu "Hubble" və "Webb" alətlərini üstələyəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.