"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gürcü milyarder Azərbaycandakı neft biznesini “Rosneft”ə satır

30 Dekabr 2014 - 13:31
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img1712708Rusiyanın “Rosneft” dövlət şirkəti gürcü milyarder David Yakobaşviliyə məxsus olan “Petrocas Energy Group” şirkətinin səhmlərinin 49 faizini alır.
Virtualaz.org saytı Rusiyanın enerji çevrələrinə istinadən xəbər verir ki, bu haqda sövdələşməyə yaxın olan mənbə məlumat verib.
“Petrocas Energy Group” həmçinin Gürcüstanın Poti limanındakı neft terminalının mülkiyyətçisidir. Şirkətin Azərbaycan, Gürcüstan, Ermənistan və Qazaxıstanla neft daşımaları, habelə yanacaqdoldurma məntəqələri biznesi var.
Məlumatda deyilir ki, “Rosneft” və “Petrocas Energy Limited” loqistika və Cənubi Qafqaz respublikalarında neft məhsullarının parakəndə satışına dair birgə müəssisə yaradacaqlar.
“Mənə yatırımlarımın 20 faizi həcmində illik gəlir vəd etdilər və mən qərara aldım ki, bu yaxşı təklifdir. Çünki pullar gəlir gətirməlidir, əks halda onlar sürətlə əriyib gedəcək” – deyə Yakobaşvili sövdələşməni şərh edərkən bildirib.
Qeyd edək ki, David Yakobaşvili süd məhsulları istehsal edən məşhur “Vimm-Bill-Dan” şirkətinin keçmiş həmsahibi, İsveç vətəndaşıdır. O, bir müddət əvvəl Azərbaycanda və Ermənistanda biznesinin vəziyyəti barədə “Forbes” jurnalının rus versiyasına danışmışdı.
David Yakobaşvili Azərbaycan, Gürcüstan, Ermənistan və Qazaxıstanda 140 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkənin, Gürcüstanın Poti və Batumi  limanlarındakı iki neft terminalının sahibidir.
Belə ki, D.Yakobaşvili 2011-ci ildə “Vimm-Bill-Dan” şirkətindəki 10,5 faizlik payını “PepsiCo”ya 610 milyon dollara satıb. Həmin pulların bir hissəsini London və Monakoda daşınmaz əmlaka yatırıb, bir hissəsinə Rusiyanın nəhəng maliyyə korporasiyası “Sistema”nın səhmlərinin 2 faizini alıb. Qalanını isə Gürcüstanın “Petrocars Energy Group” şirkətinin majoritar səhm paketini (80 faiz) almağa sərf edib.
Fəaliyyət sahəsi neft treyderliyi olan “Petrocas Energy Group” şirkəti bundan əvvəl 2006-2008-ci illərdə Gürcüstanın  müdafiə naziri işləyən, Mixail Saakaşvilinin yaxın tərəfdaşlarından olan David Kezeraşviliyə məxsus idi.
“Forbes” yazır ki, Saakaşvilinin partiyasının 2012-ci il oktyabr  parlament seçkilərində məğlub olmasına bir neçə ay qalmış Kezeraşvili bütün aktivlərini Yakobaşviliyə satmağa qərar verdi (görünür, Saakaşvilinin yaxın ətrafında seçkiləri uduzacaqlarını əvvəlcədən bilirdilər).
Hazırda “Petrocas Energy Group” Azərbaycan, Ermənistan, Türkmənistan və Qazaxıstanda da neft treyderliyi ilə məşğuldur. D.Yakobaşvili deyir ki, Gürcüstana qonşu ölkələrlə işləmək daha asandır.
“Bu ölkələrdəki tərəfdaşlarla münasibətlər hələ Kezeraşvilinin vaxtında formalaşmışdı, biz bu münasibətləri inkişaf etdirməyə çalışırıq. Hər ölkənin öz xüsusiyyətləri var və biz həmişə onu nəzərə alırıq. Məsələn, Azərbaycanda və Ermənistanda nüfuz dairəsi çoxdan məsul ailələr arasında bölüşdürülb. Və xarici investorun girə biləcəyi biznes sahəsi məhduddur. Əvəzində orada hamının əməl elədiyi oyun qaydaları var. Hətta bu qaydalar yazılı olmasa da… Ona görə də qarşılıqlı mənfəət prinsipi əsasında bu ölkələrdə işləmək olar” – deyə Yakobaşvili bildirib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ali Məhkəmənin hakimi təsdiqləndi

Next Post

Narkobaronun ölüm siyahısı aşkarlandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Narkobaronun ölüm siyahısı aşkarlandı

Kəlbəcərli girovları Şuşa türməsinə apardılar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.