Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani Novruz bayramı münasibəti ilə azərbaycanlıları təbrik edib.
Elchi.az-ın xəbər verir ki, Tea Axvlediani bayram münasibətilə azərbaycanlı həmvətənlərinə sülh və firavanlıq arzu edib.
“Novruz bayramınızı təbrik edirəm. Baharın gəlişi və həyatın yenilənməsi münasibətilə sizə sülh, firavanlıq və xoşbəxtlik arzu edirəm”, – deyə dövlət nazirinin təbrikində qeyd olunub.






