“Gürcüstan hökuməti təcili olaraq Avropa İttifaqı (Aİ) və NATO ilə münasibətlərinə aydınlıq gətirməlidir”.
Elchi.az News.am-a istinadən bildirir ki, “Novosti Georgia”-nın xəbərinə görə, bu barədə Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixael Rot “Twitter” səhifəsində yazıb.
“Niyə baş nazir Qaribaşvili rusiyayönlü povestə xidmət edir və Rusiyanın Ukraynaya qarşı dağıdıcı müharibəsini nisbiləşdirir?
Avropa Parlamentinin üzvü Rasa Cunqavins Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Bratislavada keçirilən forumda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin səbəbi ilə bağlı bəyanatının videosunun altında qısaca “Moskva danışır” sözlərini yazıb.
ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı yazır: “Gürcüstanın baş naziri Rusiyanın Ukraynaya hücumunun səbəbi kimi NATO-nun genişlənməsini hesab edir. Gürcüstana nə olub?”.
Yeganə





