Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğunun ikinci hissəsini də tamamlayaraq təhvil verib.
Elchi.az xəbər verir ki, sənədi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzelə təqdim edib.
Sorğunun ikinci hissəsinin 33 bölmə və 2300-dək sualdan ibarət olduğu bildirilib.
Qeyd edək ki, Gürcüstan sorğunun birinci hissəsini mayın 2-də Aİ-nin bu ölkədəki nümayəndəsinə təhvil verib. Sorğunun birinci hissəsi siyasi və iqtisadi məsələlərə, ikinci hissəsi isə sektoral və qanunvericiliyə dair suallardan ibarət olub.
Avropa Komissiyasının qonşu ölkənin müraciəti ilə bağlı mövqeyini Aİ liderlərinin iyunun 24-25-nə planlaşdırılan sammitinədək bildirməsi gözlənilir.




