"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gürcüstan Azərbaycan sürücülərinin cərimələrini ləğv edib

20 Aprel 2020 - 14:27
in CƏMİYYƏT

Ötən həftə Gürcüstan ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi çərçivəsində yerli hökumət ölkəyə daxil olan xarici yük avtonəqliyyat vasitələrinin tranzit keçidinə 24 saat, yük gətirən və yaxud yük aparmaqla daşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin ölkə ərazisini tərk etməsi üçün 48 saatlıq limit tətbiq edib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib. 

Onun sözlərinə görə, həmin müddətdə ölkə ərazisini tərk etməyən xarici daşıyıcılara münasibətdə hər avtonəqliyyat vasitəsi üçün 3 000 lari (təxminən 1 100 ABŞ dolları) dəyərində cərimə tətbiq olunması nəzərdə tutulurdu: “Bununla bağlı olaraq Gürcüstan ərazisinə yük daşımalarını həyata keçirən Azərbaycan daşıyıcıları bizə müraciət etdi. DANX olaraq Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlara başladıq. Onlara izah etdik ki, Azərbaycan daşıyıcıları əsasən Gürcüstanın Poti limanına yük aparıb, oradan yük gətirir və bir istiqamətdə məsafə 500 km-dən artıqdır. Yükləmə və boşaltma işlərinə də əlavə vaxt tələb olunduğundan həmin daşımalara təyin olunmuş 48 saat kifayət etmir və bu müddətə Azərbaycan daşıyıcılarına münasibətdə yenidən baxılması zərurəti yaranıb. Nəticədə Azərbaycanın İqtisadiyyat Nazirliyi və Gürcüstanın İnfrastruktur və Dayanıqlı İnkişaf Nazirliyi arasında müzakirələrdən sonra Azərbaycanla bağlı yükdaşımalarının xüsusiyyətləri nəzərə alınaraq bu məsələyə yenidən baxıldı və göstərilən müddətin 7 gün olmaqla uzadılması barədə qərar qəbul olundu”.

N.Allahyarova əlavə edib ki, Gürcüstan ərazisində qalan yerli daşıyıcılarımıza məxsus nəqliyyat vasitələrinə rəsmiləşdirilmiş cərimələr ləğv edilib: “Bu həssas dönəmdə Gürcüstan hökumətinin etdiyi bu köməyə görə onlara təşəkkür edirik və daşımalar sahəsindəki əməkdaşlıqda bu cür anlayış faktorunu yüksək qiymətləndirdiyimizi xüsusi vurğulamaq istəyirik. Qeyd olunan müddətin uzadılması ilə bağlı arqumentlərimizi nəzərə alaraq qonşu dövlətin aidiyyəti qurumları tərəfindən göstərilən özəl dəstəyə görə minnətdarlıq edirik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ali Məhkəmənin Plenumu məhkəmə prosesləri ilə bağlı qərar verəcək

Next Post

İranda ticarət mərkəzləri və mağazalar açıldı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
İranda ticarət mərkəzləri və mağazalar açıldı

İranda ticarət mərkəzləri və mağazalar açıldı

Qubada yeyib-içmək məclisi təşkil edən gənclər cərimələndi

Qubada yeyib-içmək məclisi təşkil edən gənclər cərimələndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.