Gürcüstan parlamentinin sədri Kaxa Kuçava istefa verib.
Bu barədə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib. İ.Kobaxidze bildirib ki, istefa təşəbbüsü K. Kuçavanın şəxsi qərarıdır və komanda olaraq onun qərarına hörmət edirlər.
Partiya sədrinin sözlərinə görə, yeni sədr Şalva Papuaşvili olacaq.
Spiker postundan istefa verən Kaxa Kuçava isə qeyd edib ki, istefa qərarını təxminən bir ay öncə qəbul edib və həmin vaxtdan bu məsələ hakim komandada müzakirə edilib.
O qeyd edib ki, fəaliyyətini partiyanın Siyasi Şurasında davam etdirərək vacib dövlət layihələrindən birinə rəhbərlik edəcək. K. Kuçava layihənin detallarının gələn ilə məlum olacağını qeyd edib.






