Brüsseldə səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze amerikalı həmkarı Lloyd Ostinlə görüşüb.
Elchi.az-ın xəbərinə görə, NATO Baş qərargahında keçirilən görüşdə tərəflər qlobal təhlükəsizlik çağırışlarını müzakirə ediblər.
Söhbət zamanı ABŞ-la Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlıq məsələlərinə diqqət yetirilib.
Görüşdə Lloyd Ostinin Gürcüstana səfəri zamanı hər iki ölkənin müdafiə nazirlikləri arasında imzalanmış Gürcüstanın müdafiə imkanlarının gücləndirilməsini nəzərdə tutan razılaşmaya xüsusi diqqət yetirilib.






