“Gürcüstanın işğal altındakı ərazilərində keçirilən referendumun hüquqi qüvvəsi olmayacaq”.
Elchi.az-ın xəbəri verir ki, Gürcüstan Baş nazirinin müavini, Xarici işlər naziri David Zalkaliani Tbilisidə danimarkalı həmkarı Jeppe Kofodla keçirdiyi brifinqdə belə deyib.
XİN başçısı referendumla bağlı çağırışların beynəlxalq hüququn norma və fundamental prinsiplərinə tamamilə zidd olduğunu vurğulayıb.
“Təbii ki, ərazinin işğal altında olduğu bir şəraitdə hər hansı referendumdan danışmaq bizim üçün qəbuledilməzdir. Bu ərazilərin işğalına təkcə siyasi deyil, həm də hüquqi qiymət verilib. Bu hüquqi qiymət Strasburq məhkəməsinin işğalın davam etməsinə dair qərarıdır. İşğal altında keçirilən referendumun heç bir hüquqi qüvvəsi olmayacaq”, – deyə Zalkaliani bildirib.
D.Zalkaliani müxtəlif çağırışlarla Gürcüstanın təxribatlara cəlb edilməsi cəhdlərinin olduğunu qeyd edib.






