Gürcüstanın qərbində 4.4 və 3.6 bal gücündə iki zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:21-də Ozureqi şəhərindən 5 km aralıda Qomi kəndi ərazisində qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, Gürcüstanın Kobuleti bölgəsində dünən axşam saatlarında 4,5 bal gücündə zəlzələ baş vermişdi.
***
Gürcüstan ərazisində saat 17:55-də daha bir zəlzələ qeydə alınıb.
Gürcü mediası zəlzələnin Samsxe-Cavaxetiya ərazisində, 3,1 bal gücündə, 5 km dərinlikdə baş verdiyini yazıb.




