Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 315 yoluxma halı qeydə alınıb, 55 nəfər ölüb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 496 156, ölənlərin sayı isə 15 683 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 300 062 nəfərin sağaldığı bildirilib.






