Gürcüstanda son sutkada koronavirus infeksiyasına 17530 yoluxma qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu, pandemiyanın başladığı vaxtdan bəri ən yüksək göstəricidir.
Son sutkada cəmi 5087 nəfər sağalıb, 39 nəfər isə bu virusdan vəfat edib.
Ümumilikdə ölənlərin sayı isə 14852-yə qalxıb.





