Gürcüstanın qərbində, Perevisa kəndində yerləşən manqan şaxtasında partlayış baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 2 fəhlə xəsarət alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi, həyatlarına təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, “Çiaturmarqanets” Səhmdar Cəmiyyətinə məxsus şaxta “Georgian American Alloys Inc.” şirkəti tərəfindən idarə olunur.