Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayı 11-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada İmereti və Acarıstan bölgələrində güclü yağışlardan sonra baş verən sürüşmə nəticəsində bəzi insanların torpaq altında qaldığı bildirilib.
Açıqlamada, İmereti bölgəsinin Bağdati Bələdiyyəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə qrupunun işi nəticəsində 9 nəfərin cansız cəsədinin çıxarıldığı və axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib. torpaq altında basdırılanların hamısı tapıldığı üçün sona çatıb.
Acarıstan bölgəsinin Xulo bələdiyyəsinin Tsoniaris və Txilvana kəndlərində torpaq sürüşməsi nəticəsində iki nəfər həyatını itirib.
Şayəstə Hüseynova






