“Hazırda güzəştli pensiyalarla bağlı müəyyən araşdırmalar aparılır”.
Elchi.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı heç bir təşəbbüs yoxdur, sadəcə nazirlik daxilində müzakirələr aparılır.






