"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Həbs edilən hakim qızının mənimsədiyi pullar – Şok məbləğ

19 Oktyabr 2015 - 14:26
in XƏBƏR LENTİ

2011-ci ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən Şölə Gülamalıyeva bu dəfə özü polisə müraciət edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda Penitenisiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisində saxlanılan 1955-ci il təvəllüdlü Şölə Gülmalıyeva həmin vaxt banklardan alıb geri qaytarmadığı pulları kimlərə verdiyini açıqlayıb və həmin şəxslərdən şikayətçi olduğunu bildirib.

Ş.Gülmalıyeva ərizəsində qeyd edib ki, 2005-ci ildə Ramiz adlı şəxs ondan 25 min, Vüqar adlı şəxs 70 min, Səmahət adlı şəxs 157 min və Məhərrəm adlı şəxs 161 min manat alıb qaytarmayıb. Keçmiş məktəb direktoru olan Şölə Gülmalıyeva həmin şəxsləri dələduzluqda ittiham edib. Şikayət üzrə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, ayrı-ayrı şəxslərin əmlakının aldatma yolu ilə ələ keçirmələri barədə vətəndaşların çoxsaylı şikayətləri və “Kapitalbank” ASC-nin 1 nömrəli Binəqədi rayon filialının vəzifəli şəxsləri barəsində toplanmış materiallar üzrə başlanılmış cinayət işinin istintaqı zamanı Şölə Gülmalıyeva Bakının Nizami rayonundakı 61 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyət fakültəsini bitirmiş Günel İbrahimovanı qanunsuz olaraq tarix müəllimi kimi işə qəbul etmək və xidmət üzrə ümumi himayədarlıq göstərmək müqabilində 2007-ci ilin avqust ayında sonuncunun atası Mayıl İbrahimovdan 2500 manat məbləğində rüşvət aldığı müəyyən edilib.

Törətdiyi cinayət əməllərinə görə Ş.Gülmalıyeva Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçilib. İstintaqla həmçinin müəyyən edilib ki, 2006-2009-cu illərdə Ş.Gülmalıyeva tərəfindən təqdim edilmiş sənədlər əsasında “Kapital Bank”ın 1 nömrəli Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirilib, vətəndaşların əvəzindən saxta imzalar çəkilməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər kassa məxaric orderlərinə əsasən Ş. Gülmalıyevaya verilərək sonuncu tərəfindən mənimsənilib.

Bank tərəfindən Şölə Gülmalıyevadan götürdüyü kreditlər üzrə yaranmış əsas və faiz borclarının ödənilməsi tələb edildikdə, sonuncu ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla bankdan 6 halda cəmi 900 min ABŞ dolları və 3 milyon 230 min manat ipoteka krediti rəsmiləşdirərək həmin borcları ödəyib.

Bundan başqa Ş.Gülmalıyeva qeyd olunan illər ərzində “Nikoil Bank”ın 2 nömrəli filialından da ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla külli miqdarda kreditlər götürdüyü, eləcə də ayrı-ayrı vətəndaşları aldadaraq, onların külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Onu da qeyd edək ki, Şölə Gülmalıyevanın atası Adil Seyidov Azərbaycanın tanınmış hakimlərindən olub. O, 70-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Cəlilabad rayon Məhkəməsinin sədri, daha sonra isə Bərdə və Xaçmaz şəhər Məhkəmələrində hakim vəzifəsində çalışıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar Mahmudovla MTN generallarının sensasion – Cinayətləri +Eksklüziv

Next Post

İsveçrə: parlament seçkisini anti-miqrantlar uddu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İsveçrə: parlament seçkisini anti-miqrantlar uddu

Elxan Abdullayev: “Qəbələ”nin qrupdan çıxmaq şansı var”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.