Ermənistan Silahlı Qüvvələrinin Silah-sursat idarəsinin avtomobil xidmətinin rəhbəri, polkovnik David Abramyan ona qarşı irəli sürülən ittihamlarla razılaşaraq günahını boynuna alıb.
İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, erməni polkovnikəə qarşı vəzi səlahiyyətlərindən sui-istifadə etmək maddəsi üzrə ittiham irəli sürülüb.
İstintaqın gedişi zamanı Abramyan günahını etiraf edib, ifadə verib və dəymiş, ziyani bərpa edib.
Müstəntiq müvəqqəti olaraq onun səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, David Abramyan mayın 11-də həbs olunub.




