"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Həbsdən çıxan NİDA-çılar gələcək planlarından danışdılar

07 Yanvar 2015 - 21:37
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img1460586Rəhman Məmmədli: “İndi əsas məqsədimiz təşkilatlanmaqdır”
 
Zaur Qurbanlı: “NİDA-dayam…”
 
Üzeyir Məmmədli: “Dostlarımız hələ də həbsdədir”
NİDA Vətəndaş Hərəkatı son illərin ən çox təzyiqlərə məruz qalan siyasi qurumu kimi tarixə düşdü. 2013-cü ilin mart ayından başlayaraq, təşkilatın İdarə Heyətinin 7 üzvündən 5 nəfəri həbs olundu. Nəticədə təşkilat tənəzzül dövrünü yaşadı, amma çox çətinliklə də olsa, öz varlığını qoruyub, saxlaya bildi.
Sonrakı dönəmlərdə həbs olunmuş bəzi gənclərin həbsxanadan bu təşkilata üzvü olması NİDA-nı yenə  də gündəmdə saxladı. Hazırda NİDA-nın 7 üzvü həbsdədir. Onlar Rəşadət Axundov, Məmməd Əzizov, İlkin Rüstəmzadə, Orxan Əyyubzadə, Ömər Məmmədov və Əbdül Əbilovdur.
30 dekabr 2014-cü ildə imzalanmış əfv sərəncamı ilə təşkilatın iki fəal üzvü – Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa çıxdı.
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəhman Məmmədli göstərilən təzyiqlərin təşkilata ciddi zərbə vurduğunu söylədi: “İndi əsas məqsədimiz toparlanmaq, təşkilatlanmaqdır. Ölkədə aparılan repressiyalar digər təşkilatlar kimi, bizə də mənfi təsir göstərdi. Artıq çətin dönəmi arxada qoymuşuq. İndi daha çox təşkilatlanmaq, gələcəkdə görəcəyimiz işləri həyata keçirmək istiqamətində çalışacağıq. Həmçinin kitab işlərimiz davam edir. Yeni kitabların çapına hazırlaşırıq. Təşkilata yeni-yeni üzvlər gəlir. Onların qəbulu istiqamətində də fəal işlər görürük”.
Təşkilatın həbsdən yeni çıxmış üzvlərindən olan Zaur Qurbanlı NİDA-da fəaliyyətini davam etdirəcəyini bildirdi: “Biz tutulandan sonra İdarə Heyətinin tərkibi iki dəfə dəyişib. Fəaliyyətimi necə quracağım vəziyyəti tam öyrənəndən sonra müəyyənləşəcək. Təşkilatla hələ tam görüşməmişəm. Vəziyyəti dəqiq bilmirəm. NİDA-dayam. Fəaliyyətim o çərçivədə olacaq”.
NİDA-nın həbsdən çıxmış daha bir üzvü Üzeyir Məmmədli də bundan sonrakı fəaliyyəti barədə danışdı:“Mən həbsdən çıxanda da bildirmişdim ki, dostlarımız hələ də həbsdədir. Onlar çıxana kimi qərarım tam formalaşmayacaq. Onlarla daim bir yerdə fəaliyyət göstərmişik. Qərarlarımız da bir olub. Bundan sonra da eynilə belə olacaq. Hələlik fəaliyyətimlə bağlı bir qərar yoxdur. Necə olacağı zamandan asılıdır. Ümid edirəm ki, yaxın müddətdə dostlarımız həbsdən çıxacaq. Ondan sonra qəti qərar verəcəyik. NİDA, yaxud siyasi fəaliyyətimizlə bağlı qərarlarımız da bundan sonra olacaq. Mətbuata da yəqin ki, açıqlama veriləcək. NİDA-nın İdarə Heyəti var. Yekun qərarları onlar verirlər. Onların hər bir qərarına hörmətlə yanaşırıq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türk təyyarələrinin vurulacağı iddialarına cavab…

Next Post

“Charlie Hebdo”da terror aktı nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Charlie Hebdo”da terror aktı nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb

Dağıstanda azərbaycanlıların ziyarətgahı dağıdıldı (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.