Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanada xeyli arıqlayıb.
Elchi.az News.am-a istinadən xəbər verir ki, siyasətçinin fotosunu Gürcüstanın müxalif “Formula” telekanalı dərc edib.
Eks prezidentin mətbuat katibi Darina Çizhin sözlərinə görə, avqustda çəkilmiş fotolarla müqayisədə Saakaşvili daha 10 kq arıqlayıb.
Bir neçə gün əvvəl məlum olub ki, həkimlər Saakaşvilinin vəziyyətini ağır kimi qiymətləndirirlər. Siyasətçi may ayından müalicə alırdı. Həkimlərin sözlərinə görə, siyasətçi həbs olunandan bəri 42 kq arıqlayıb, onun idrak funksiyalarının da pisləşməsi, polineyropatiya, halsızlıq və qızdırması var. Mütəxəssislər qeyd edirlər ki, xəstə artıq anoreksiyadan kaxeksiyaya keçib. Həkimlər ona həbsdən çıxmağı məsləhət görüblər.

Yeganə




