Qurulmasından 74 il sonra NATO Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda tarixinin ən böyük hava təliminə başlayıb. Elchi.az xəbər verir ki, Almaniyadakı təlim təkcə NATO-ya deyil, ABŞ-Aİ əlaqələrindən tutmuş Ankara-Moskva xəttinə qədər geniş bir sahəyə təsir edə bilər. Mütəxəssislərin fikrincə, qılınclar çəkilib və hər bir ölkənin öz tərəfini göstərməsi vaxtı yaxınlaşır.
Heç kimin mümkün zənn etmədiyi ssenari gerçəkləşdi.Rusiya-Ukrayna müharibəsindən 16 ay keçməsinə baxmayaraq, hər iki tərəf hələ də heç bir nəticə əldə etməyib. Bu gün gəlinən məqamda müharibənin ilk günləri ilə müqayisədə tarazlıqların az qala dəyişdiyi, asimmetrik təhlükələrin getdikcə artdığı bir reallıqdan danışmaq olar.
Məhz belə bir dövrdə NATO son dərəcə kritik bir addım atdı və Avropanın mərkəzində Almaniyanın ev sahibliyi etdiyi tarixinin ən böyük hava təliminə başladı. Sözügedən təlimin illər əvvəl planlaşdırıldığı və Rusiyaya qarşı heç bir məqsədi olmadığı iddia edilsə də, demək olar ki, hər kəs bu addımı “rutin” saymaq mümkün olmadığını düşünür.
Yüksək inkişaf etmiş silah sistemlərindən tutmuş çox kritik ani kəşfiyyat mübadiləsinə, asimmetrik müharibə üçün təlimdən birbaşa maliyyə yardımına qədər Qərb qanadı Rusiyanı hansısa bir şəkildə çıxılmaz vəziyyətə salmaq üçün demək olar ki, bütün kozırlardan istifadə edib. Masanın üstündəki son kart Avropanın ortasında onlarla döyüş təyyarəsini uçurmaq idi.
Beləliklə, bu məşqi necə oxumalıyıq? Doğrudanmı NATO-nun dediyi kimi Rusiya ilə heç bir əlaqəsi olmayan adi müdafiə təlimidir, yoxsa bu, Putin administrasiyasına meydan oxumaq və Rusiya vasitəsilə bütün dünyaya göndərilmiş mesajdır?
İstanbul Aydın Universiteti Müəllim Prof. Dr. Tarık Oğuzlu ilə həm bu suallara, həm də mövcud vəziyyətin Ankaradan necə göründüyü sualına cavab axtardıq.
Şayəstə Hüseynova





