Çeçenistanın başçısı Ramzan Kadırov “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktovu müsəlmanları təhqir etməkdə və
millətlərarası nifrəti qızışdırmaqda ittiham edib.
millətlərarası nifrəti qızışdırmaqda ittiham edib.Venediktov radio proqramlarından birində dinləyicilərə “Məhəmməd peyğəmbərin şəklini çəkmək olarmı?” sualı ilə müraciıət edib.
Kadırov deyib ki, sualın belə qoyulması təxribat xarakteri daşıyır. O “Exo Moskvı” radiostansiyasını “antiislam ruporu” adlandırıb.
Radionun baş redaktoru tezliklə Kadırovun cavabını verib. O deyib ki, Çeçenistan başçısının hədələrini çox real hesab edir və çox qısa zamanda hüquq-mühafizə orqanlarına müraciət edəcək. Aleksey Venediktov həmçinin Kadırovun “Exo Moskvı” haqqında fikirlərini böhtan adlandırıb.
Bundan bir qədər əvvəl Ramzan Kadırov Mixail Xodorkovskini “bütün müsəlmanların düşməni” adlandırmışdı./Azadlıq radiosu/



