"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Həftə belə olar – Aydın Canıyev yazır

14 Noyabr 2015 - 17:26
in KÖŞƏ YAZILARI

“Bu dəfə Parisi hansı Dərviş Məstəli şah partlatdı”

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Bu şənbənin özəlliyi ibarət olsun ondan ki, həftənin icmalında seçkinin “s”-sından belə söhbət getməyəcək. Bütün seçkilərin “s” hərfi ilə başlayan sözdəki kimi çıxıb işinin dalıyca getdikləri bu qıcıqsız zamanda, televiziya aparıcılarının sözü olmasın, sizi salamlayıram.
Bu dəfə qurbağa gölünə daş Təbrizdə atıldı, gündəm bir az söyər yerimizə toxundu. Arzu olunan bir qol vəziyyəti yarandı, otaylı – butaylı bütün Azərbaycan böyük bir stadionda dalğalanan azarkeşlər kimi ayağa qalxdı və… yenidən oturdu. Vauu! Bu dəfə də ofsayd!
Amma neyləmək olar, yoxa lənət. Pis odu, heç olmasın.
Eyni zamanda “Yeni Müsavat” ad gününü keçirtdi. 26 yaşını – bir igidin ömrünü. “Yeni Müsavat”ın həm özünün, həm sözünün 26 yaşını qeyd eləməsi fonunda Cəlilabadda bir jurnalistin SOCAR-çı tərəfindən boğazlanması da ibrətamiz göründü. Və bu ad günü sahibi həm 26 illik söz vuruşunun nəticəsizliyini, həm özünün meydanda tək qalmasını, həm də alternativsizliyin necə kədərli olduğunu qeyd elədi. Yenə də yoxa lənət. Pis odu heç olmasın.
Bəxtəvər bu həftənin başına. Ən önəmli məqamı həm də bu ki, bayraq günüylə başlayan, mediaholdinqə çevrilmiş bir cameənin uzunömürlülüyü ilə davam edib, zirvəsinə “Konstitusiya günü” ilə çatdı. Hətta rabitə və informasiya texnologiyaları nazirliyinin topdan və pərakəndə həbs olunan ona qədər generallı-polkovnikli, rəisli-müdirli yatabı da ovqatı təlx etmədi və xəbər janrıyla informasiya janrının vəhdəti bir daha zövq verdi. Qanunçuluğun “təntənəsi” bayraq və konstitusiya həftəsində də olmayacaqsa, haçan olasıdı? Yenə də yoxa lənət, pis odu heç olmasın.
Əli Abbasov da bu həftə getdi – əmbə o biri həftə o da Tağı müəllim kimi deyirdi ki, mən iş başındayam. 95 milyonumuzun da dalından bunun dəydiyi üzə çıxdı. Villaları kimə qalacaq deyəmmərəm, o pullar hara qayıdacaq, heç bir fikrim yoxdu, məlum olan odu ki, heç bir halda bizə qayıtmaycaq, amma yenə də  bizim varlıların pulunu saymaqdan çənəsi yorulan kasıb xalqımzın payına “dünya malı dünyada qalacaq” və ya “hayla gələn vayla gedər” təsəllisi də olsa düşəcək. Təsəlli də bir qazancdı, təkrarçılıq yaratsa da bu yerdə yenə  “yoxa lənət”in yeri var.
Tam bir ekstrim yaşadıq amma… Biz öz “uğurlarımızla”, fransızlar rəhmətlik Şamil Qurbanov demişkən, qudurmuş Jak Şirakın vətənində terrorla. Bu dəfə Parisi hansı Dərviş Məstəli şah partlatdı, Rusiyada qəzaya uğrayan təyyarənin sərnişinləri kimin güdazına getdi, Təbriz neçənci kəz xəyal qırıqlığına uğradı, bizdəki korrupsiya partlayışının qığılcımı hardan gəldi, inanmayın, bu sualların cavabını heç kim sizə dəqiq deyə bilməyəcək.
…Bu tuthatutla birgə başlayan yağışlar elə paralel də yüksələn xətt üzrə inkişaf etməkdə. Son günlər lap ağ eləyib, şəhərimizin üzünü sakinlərimizin yanında bir daha qara elədi. Qayıqlarınızı qapınızın ağzından götürməyin, bütün olanlara rəğmən, gözəl bir həftəsonu  yaşayın və əsas odu ki, romantikanızın “r”-sından uzaq düşməyin.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İngiltərədə terror hücumu qorxusu yaşanıb – FOTO

Next Post

Demə Məcnunə dəli

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Demə Məcnunə dəli

"Qarabağ"ın rəqibində ciddi itki

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.