İran insanların biri-birinin üzünə sulfat turşusu və ya yandırıcı maddə atması pis adətət çevrilir.
Elch.az-ın “BBC”-yə istinadən məlumatına görə, Tehran xəstəxanalarından birinin menecerinin üzünə sulfat turşusu məhlulu atılıb.
İran polisi bildirib ki, noyabrın 29-da “Ziyaian” xəstəxanasının direktoru, doktor Siyamənd Ənvəri evinə gedərkən motoskletdə olan iki nəfərin hücumuna məruz qalıb.Onlar həkimin üzünə yandırıçı maddə atıb. Həkimlər Ənvərinin görmə qabiliyyətini itirmədiyini deyib.
Tehran polisi basqınçıları – həkim və tələbəni həbs edib.
Hücumun səbəbi kimi onların peşə maraqları göstərilib.
Xatırladaq ki, İsfahanda bir kişi də arvadının üzünə turşu məhlulu atdığı üçün saxlanılıb.
İranda özəlliklə qadının üzünə turşu məhlulu atmaq kimi hallara çox rast gəlinir.
Son 6 ayda İranda qadınların üzünə və avtomobillərə 380 dəfə kimyəvi turşu atılması hadisəsi qeydə alınıb



