Suriyanın Hələb şəhəri terrorçulardan tamamilə azad edilərək ordunun nəzarətinə keçib.
Bu barədə Suriya ordusu komandanlığı bəyanat yayıb
“Suriya ordusu komandanlığı Hələb şəhərində sülhün və təhlükəsizliyin bərpa olunduğunu elan edir”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, bu gün müxalifət qüvvələrinin nümayəndələrini daşıyan sonuncu avtobus karvanı şərqi Hələbi tərk edib.




