"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hələbdə şiddətli döyüşlər davam edir

18 Fevral 2015 - 18:34
in XƏBƏR LENTİ

Hələbdə şiddətli döyüşlər davam edir

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Koalisiya aviasiyası İraqda cəmi 1 faiz əraziləri İŞİD-dən geri alıb, Bağdad könüllü birliklərdən imtina edir

Sudan prezidenti Ömər əl-Bəşir İŞİD və son olaraq Misirin Liviya ərazisindəki hava hücumları barədə danışıb. “Euronews” telekanalına müsahibə verən Sudan prezidenti qeyd edib ki, İŞİD-lə mübarizədə yalnız ideoloji cəbhədə qələbə qazanmaq olar.
Misirin 21 qibtinin öldürülməsinə cavab olaraq Liviyanı bombalamasını yanlış addım kimi dəyərləndirən əl-Bəşir silahlı hücumların radikalizmi daha da artırdığını deyib. Sudanda bu istiqamətdə siyasət aparıldığını deyən əl-Bəşir xüsusən də gənclər arasında radikalizm əleyhinə təbliğatlar aparıldığını, gənclərin elm adamları ilə təmaslarının təşkil olunduğunu və bununla da radikalizm çağırışlarının böyük miqdarda azaldığını bildirib.
“əl-Qaidə” və İŞİD kimi qruplaşmaların güclənməsinin səbəblərinə gəlincə, əl-Bəşir deyib ki, bu cür qruplaşmaların arxasında Mossad və CİA (ABŞ kəşfiyyatı) kimi təşkilatlar dayanır. “Çünki bu cür hərəkətləri edə biləcək bir müsəlman yoxdur” – deyə Sudan lideri bildirib.

Hələb ətrafında döyüşlər davam edir

Suriya ordusu və Hizbullah qüvvələrinin fevralın 17-də səhər saatlarında başlatdığı Hələbin mühasirəyə alınması əməliyyatı davam edir. Səhər saat 5-də qəfil başladılan hücum əməliyyatı nəticəsində bir neçə qəsəbə və kənd Suriya ordusunun nəzarətinə keçib. Bununla da Hələb ətrafında hökumət qüvvələrinin mühasirəsi daralıb. Bir gün əvvələ qədər 14 kilometr məsafə təşkil edən boşluq dünənki hücumdan sonra 2 kilometrə qədər azalıb. Baş verən şiddətli döyüşlər zamanı hər iki tərəfdən çoxlu sayda itki olub. Müxaliflər hücum zamanı Suriya ordusu və Hizbullahın 200 nəfərə yaxın hərbçi itirdiyini açıqlayıb. Hazırda Hələbin bir hissəsinə nəzarət edən müxalifətin xariclə əlaqəsi yalnız Reyhanlı istiqamətində 2 kilometrlik “dalan”dır. Dünənki hücum zamanı hökumət qüvvələri Hələbi Türkiyə sərhədi ilə birləşdirən əsas magistrala nəzarəti ələ keçirdiklərini bəyan ediblər. Hələlik Dəməşq itkiləri barədə açıqlama verməyib.
Suriyada islamçı “Ceyşul Mücahidin” siyasi qruplaşmasının lideri Əbu Məhəmməd “əl-Cəzirə”yə açıqlamasında bildirib ki, hazırda əsas döyüşlər Harədədniyə bölgəsində davam edir. “əl-Əhəd” xəbər agentliyinin məlumatına görə isə Suriya hökumət qüvvələri yaxın ərazidə yerləşən Ratyanda davam edən şiddətli döyüşlərdən sonra Zəhra bələdiyyəsinə daxil olublar. Hazırda şiddətli döyüşlərin davam etdiyi bildirilir. “əl-Məyadin” kanalı isə Həzm Hərəkatının Suriya ordusunun sürətli hücumuna görə, “ən-Nusra” qruplaşmasını günahlandırıb. O da bildirilir ki, Hələbin şimal istiqamətində davam edən şiddətli döyüşlər zamanı “ən-Nusra” Cəbhəsi qruplaşmasının müttəfiqi olan silahlı qrupların 30-a yaxın üzvü əsir götürülüb.

8 milyarda 1 faiz

Bu arada məlum olub ki, ABŞ hökuməti ötən ilin avqustundan İŞİD-ə qarşı başlatdığı hava hücumlarına 8 milyard dollar vəsait xərcləyib. ABŞ Müdafiə Nazirliyi yanvar ayına qədər İŞİD-ə qarşı mübarizədə 8,3 milyard dollar xərclədiyini elan edib. Ancaq bunun qarşılığında məlum olub ki, koalisiya qüvvələri İraqda yalnız 700 kv.km ərazini İŞİD-dən geri ala bilib. Bu isə İŞİD-in İraqda nəzarət etdiyi ərazilərin 1 faizi qədərdir.
Ancaq bununla yanaşı İraq ordusunun və könüllü birliklərin təkbaşına daha çox əraziləri azad etdiyi bildirilir.
Xatırladaq ki, ABŞ hökuməti ötən ilin avqust və sentyabr aylarında İŞİD-ə qarşı beynəlxalq koalisiya yaradıb. Diplomatik görüşlərdən sonra dünyanın 60 ölkəsi İŞİD-ə qarşı mübarizəyə dəstək verərək koalisiyaya qoşulduğunu bəyan edib. Bunlarda 14 ölkə isə aktiv üzv kimi İŞİD-in bombalanması prosesinə qatılıb. O da məlum olub ki, bu günə qədər koalisiya 2 min dəfə hava hücumları həyata keçirib. Təxmini hesablamalara görə gündə orta hesabla 10 hava hücumu həyata keçirilir. Bombardmanlar ən çox İŞİD-in Kobaniyə hücumu zamanı qeydə alınıb.

İraq könüllü birliklərdən imtina edir

İraqın nüfuzlu şiə ruhanilərindən Müqtəda əs-Sədr ölkədə son dövrdə artan könüllü silahlı qrupların sayını azaltmağa çağırıb. Ruhani lider bildirib ki, ilk olaraq tərəfdarlarının yaratdığı iki könüllü briqadanın fəaliyyətini dayandırır. Sədr bildirib ki, İrada təhlükəsizlik İraq ordusu və hökumət qüvvələrinə təhvil verilməlidir. O, bildirib ki, son dövrdə “yoldan azanların” və könüllü silahlı birliklərin İraq xalqının canına daraşıb.
Qeyd edək ki, Müqtəda əs-Sədr yanvarın 20-də ordunun məzhəbi ayrılıqdan uzaq vahid milli bir təşkilata çevrilməsi ilə bağlı İraq müdafiə naziri ilə görüşüb və bu istiqamətdə Müdafiə Nazirliyinə lazımı dəstəyi verməyə hazır olduğunu bildirib. Sədr bildirib ki, terrorizmə qarşı savaşda yalnız İraq ordusu savaşmalıdır. Xatırladaq ki, İraqda ötən ilin yayında başlayan İŞİD hücumlarından sonra yaradılan könüllü silahlı birliklərin dinc əhaliyə qarşı zorakılıq tətbiq etməsi ilə bağlı şikayətlər artıb. Ötən həftə İraqın nüfuzlu din alimi Ayətullah Sistani silahlı qüvvələrə müraciət edərək 20 bənddən ibarət “müharibə qaydalarını” elan edib. Bu qaydalarda əsasən dinc insanların, savaşa qatılmayanların qorunması, günahsız adamların zorakılığa məruz qalmamasına çağırış vardı.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erməni əsirə baş çəkdilər

Next Post

İngiltərə XİN: “Rusiya əsl simasını göstərdi…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İngiltərə XİN: “Rusiya əsl simasını göstərdi...”

Abramoviçin 162 metrlik yaxtası xarab oldu - (Fotolar)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.