Xarici işlər naziri Fidanın Fələstinə qarant olmaq təklifi qarşılanıb.
Elchi.az xəbər verir ki, Rusiya açıqlama verib: “Türkiyənin formulunu müzakirə etməyə hazırıq”. Beynəlxalq əlaqələr ekspertləri Türkiyənin həlli üçün ən konkret təklifi gətirdiyini və yol xəritəsini diplomatiyada izah etdiyini bildiriblər.
Xarici işlər naziri Hakan Fidanın İsrail-Fələstin məsələsində daimi sülh üçün tərəflərin qarantlarının olacağı bir sistem təklifi bütün dünyada rezonans doğurur. Türkiyənin Fələstinə qarant, digər ölkələrin isə İsrail üçün qarant ola biləcəyini ifadə edən Fidan, “Hər iki tərəfin razılaşacağı razılaşmadan sonra zamin ölkələr onun tələblərini yerinə yetirmək məsuliyyətini öz üzərinə götürməlidir” deyib.
Şayəstə Hüseynova






